ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR
(YUBİLYARA DOST HƏDİYYƏSİ)

Dünyada gözəl qadın az deyil. Xüsusən qadın gözəldirsə və intellektə malikdirsə, onda bu, çox nadir uzlaşmadır. Bir qadının gözəl və ağıllı, üstəlik istedadlı olması isə, sözün əsl mənasında, təbiətin unikal hadisəsidir.
Mən bu oçerkimdə bax belə bir unikal insandan bəhs etmək istəyirəm. Xüsusilə ona görə ki, bəzi oxucuları təəssüf ki, onun bütöv yaradıcılığına demək olar ki, bələd deyillər.

Bu günlərdə dağlar yurdu Qəbələmizin ədəbi ictimaiyyəti istedadlı şair, məhsuldar yazar, bir sıra ödüllər mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinə təzəcə daxil olmuş Elza Əliyevanın (Elza Nurun) yubiley yaşını qeyd etdi. Səhhətimlə, sağlamlıq durumumla bağlı nə o tədbirdə iştirak edə, nə də yubilyar haqqında ürək sözlərimi bölüşə bildim. Sosial şəbəkələrdə bu münasibətlə onun haqqında paylaşımlar oldu.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Yaxın-uzaq dostları, təcrübəli söz sahibləri bu incəqəlbli xanım haqqında yaddaşlarını çözələdilər. Mən isə sadəcə rəy yazıb münasibətimi bildirməklə kifayətləndim...
Özünə Nur, Dəniz ədəbi təxəllüslərini götürən, çoxlu oxucusunun yaddaşında sərbəst yaradıcılıqla məşğul olan Elza xanım kimdir?
ÖMÜRNAMƏSİNDƏN

Elza Dəniz Nur 25 yanvar 1974-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Orta məktəbi qəsəbə orta məktəbində bitirdikdən sonra Tibb texnikumuna daxil olub. İxtisasca tibb təhsilli Elza xanım həmçinin qəsəbədə dərzi kursunda da oxuyub.
Bir müddət Bakı şəhərində yaşayıb. Şeirləri hələ 23 öncə dövrü mətbuatda çap olunmağa başlayıb. Belə ki, “Azərbaycan”, “Ulduz” jurnallarında, “525-ci qəzet”, “Kaspi” qəzetlərində və digər almanaxlarda şeirləri işıq üzü görüb. O, 2001-ci ildən “Pərvanə” ədəbi məclisinin yığıncaqlarında iştirak edib.
Ailə vəziyyəti ilə əlaqədar Vəndam qəsəbəsinə qayıdıb və öz istedadını daha da zənginləşdirib. “Bəxt aynası” müəllifin ilk şeirlər kitabıdır. “Həsrət yazan qələmlər” kitabı şairin oxucuları ilə ikinci görüşüdür.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Elza xanım bir neçə ödül sahibidir. “İlin vətənpərvər şairi”, “Xarı bülbül”, “Xalqın şairi”, “Cəsarətli qələm” media mükafatlarına layiq görülüb. “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin fəal üzvüdür. Ailəlidir.
O, QƏBƏLƏDƏ ÖZ SÖZÜNÜ DEYİB

Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Elza Dəniz Nur günün 24 saatını yazıb-yaradıb. Dilimizdə bir-birindən şirin, bir-birindən poetik və yığcam söz birləşmələri səslənir: sərin su, şirin söz, mehriban insan, xeyirxah adam, əziz dost, qayğıkeş qohum… Bu qəbildən olan söz birləşmələrinin məna tutumu və hikməti, ana nəfəsi, ana səsi, ana əllərinin təması, ana sözünün, ana nəvazişinin içərisində əriyib itir.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Görünür buna görədir ki, ana qədər şeirdə, sənətdə təsvir və tərənnüm olunan ikinci bir varlıq yoxdur. Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü nəğmələri ilə. Belə qadınlardan biri də Elza Əliyevadır. Mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu öyrənməəyə, ədəbi priyomları, yazmağım incə məqamlarını mənimsəməyə çalışan bu xanım həqiqətən tərifə, hər cür xoş sözə layiqdir. O, 50 illik ömrünün çox hissəsini Azərbaycan ədəbiyyatına, folkloruna həsr edib. Qələmə aldığı ədəbi nümunələrlə Qəbələ ədəbi mühitinin özündən əvvəlki nümayəndələrinin ləyaqətli, sadiq davamçısı kimi tanınıb.
ƏN BÖYÜK MÜKAFATI
XALQIN ONA OLAN BÖYÜK MƏHƏBBƏTİDİR

Qeyd etdiyimiz kimi, o, “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyində öz sözünü demiş qələm sahiblərindən biridir, özünün təşəbbüskarlığı, təşkilatçılığı və tədbirlərdə xüsusi fəallığı ilə seçilir. Birliyə toplaşmış qocaman, təcrübəli, istedadlı şairlərdən daim öyrənməyə can atır, onların dəyərli məsləhətlərinə qulaq asır, daim püxtələşir. Birliyin mütəmadi keçirdiyi tədbirlərdə həmişə öndə görmək olar Elza xanımı. Elə bil onun iştirakı bu birliyə mənəvi ruh, qida verir. Birliyin üzvlərində xoşuma gələn cəhətlərdən biri budur ki, bu qurumda sağlam rəqabət, ədəbi yarış gedir.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Elza xanımın qurumdakı xidməti, fəaliyyəti üzvlər tərəfindən daim təqdir edilir, qiymətləndirilir. Tərcümeyi-halında onun bu fəaliyyətinin bariz nəticələri olan ödülləri haqqında bəhs etmişik. Onun ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbətidir. Bu sevginin məntiqi nəticəsi kimi, “Xalqın şairi” mükafatına layiq görülüb.
ZAMANI ÖZÜNƏ UYĞUNLAŞDIRIB

Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, E.Nur günün 24 saatını yazıb-yaradır. Halbuki ədəbi fəaliyyəti ilə bərabər axtarışlar, səfərlər, müxtəlif tədbirlər, üstəlik ev işləri heç vaxt bir-birini kölgədə qoymayıb. Bütün işlər bir-birinə paralel şəkildə, vaxtlı-vaxtında çatdırılıb. Bir sözlə, o, zamanı özünə uyğunlaşdıra bilib. Bununla da o, mənsub olduğu xalqın zərif cinsinin nümayəndələrinin müsbət keyfiyyətlərini, hiss-həyəcanlarını, mübarizliyini nəinki Qəbələ, habelə ölkə oxucularına sübut edə bilib.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Bu günlərdə Qəbələ-Oğuz yazarların yaxın dostları Xeyrulla Ağayev, Təranə Cəbiyeva, Bəhruz Məmmədov, Yusif Məhəmmədoğlu və mən (bizim bir dosumuz Cəmil Zəbhullaoğlu isə ailələrində baş vermiş faciəli hadisə ilə bağlı iştirak edə bilmədi) “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin 5 illik yubiley və eyniadlı kitabın təqdimat mərasimində iştirak etdik. Olduqca maraqlı, yaddaqalan tədbir hamımızın xoşuna gəldi. Elza xanımın hazırlıq prosesindəki iştirakını birlik üzvləri dedilər, biz (tədbirdə Mingəçevirdən, Şamaxıdan, Ağdaşdan, Ağsudan, İsmayıllıdan və digər bölgələrdən gələn qonaqlar da var idi) isə bu fəallığı və yüksək işgüzarlığı tədbir zamanı hiss etdik. Orada eşitdik ki, bu Nigar qeyrətli, Həcər abırlı yazar xanımlarla daşı daşın üstünə qoymaq olar. Belə xanımları, onların zəhmətini görəndə adamın qəlbi daha qürurla döyünür. Bu fikrimi bir dəfə ustad Musa Yaqubun il mərasiminə gələrkən onların fəallıqlarını görüb işlətmişdim. Və bu gün də bu fikrimdə israrlıyam.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Tədbir başlamazdan öncə Elza xanım müəllifi olduğu "Həsrət yazan qələmlər" kitabını mənə təqdim etdi. Şəhid Eldəniz Agamusa oğlu Mehdyevin əziz xatirəsinə həsr etdiyi bu şeirlər kitabı da bədii tələblərə cavab verir. Kitabı vərəqlədikcə bir nakam gəncin taleyi göz önündə canlanır. Onu da qeyd edək ki, kitabın redaktoru şəhid atası, birliyin tənqidçi şairi Cəlil Xeyrbəydir.
ELZA XANIM BU YAŞDA DA POEZIYANIN ÜFÜQLƏRİNDƏ PARLAQ ULDUZ KİMİ PARLAYIR

Elza xanımın yaradıcılığı haqqında çox yazılıb və deyilib. Mən isə ilk dəfədir ki, yazıram. Onun haqqında Vaqif Yaquboğlu, Qəşəm Nəcəfzadə, Xəzər Məsimli kimi söz, qələm sahibləri müxtəlif vaxtlarda müxtəlif fikirlər söyləyiblər. Onlar şairə Azərbaycan poeziyasına gətirdiyi mövzu və obraz zənginliyinə, sərbəst şeirin ən yaxşı ənənələrini qoruyub inkişaf etdirdiyinə görə, heç bir zaman kimsənin qarşısında əyilmədiyinə, ən sərt dönəmlərdə belə, axına qarşı gedərək, yüksək şair adını ləkələmədən yaşadığına görə minnətdarlıq ediblər. Yeri gəlmişkən mən də onun yazdığı hər bir şeiri diqqətlə oxumuş və zamanında qiymətini vermişəm.
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Bax belə, Elza Dəniz Nur başını dik tutaraq, qürurla öz yolunu gedir, ömrünün ixtiyar çağında poeziyanın üfüqlərində parlaq ulduz kimi parlayır. Bir məqam da var ki, sağlığında camaatın sevimlisi olmaq titulunu qazana bilib.
Sonda sevimli, dəyərli dostumuza, istedadlı söz sahibinə içdən gələn arzularımı çatdırmaqla yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi və yeni yaradıcılıq uğurları qazanmağı, ədəbiyyatımıza töhfələr verməyi arzulayırıq.
Və sonda yazını onun maraqlı bir etirafını - yaşadıqlarından bir yarpağı çatdırmaq istərdim: “Mən həsrəti sevdim və onu yaşamağı öyrəndim. Bir an belə dəyişməyən hisslər var ki, onları ölüm belə səndən qopara bilməz. İnandığım nə varsa onlara güvəndim, bir Sən yaratdım yoxluqlarda. Hər səhərin axşama doğru addımları mənimlə bərabər sənə tərəf gələcəkdiir.
Bütün hüzünlü şerlərim Sənə yazıldı. Kimsə anladı, kimsə anlamadı.
Amma mənə fərq eləmədi, çünki kimi necə itirdiyimi mən bilirəm.
Sevgimi əlimdən alıb Şəhid sözu ilə məni aldatma Vətən...
Dedim, amma şəhidlərin necə müqəddəs məqama çatdıqlarını düşündüm.

Amma hər nədi, bu, bir yoxluqdur. Arzuların puç olduğu bir an və bir daha arzunun doğulmadığını anlayırsan... Payıza söykənib bir-bir yarpaqları sadalayırsan...
Zaman saat əqrəbi kimi rəqəmləri adladıqca sən də həsrətin tellərini ağardırsan insan...

Daşdəmir ƏJDƏROĞLU
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR
ALƏMDƏ SƏSİ OLAN AZƏRBAYCAN QADINI ELZA DƏNİZ NUR - FOTOLAR

Son xəbərlər

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031