Xəbərlər / Nesr
29.07.2024, 01:32
FƏDAKAR JURNALİST, ƏSL ZİYALI VƏ QAYĞIKEŞ VALİDEYN - FOTOLAR
Yaxşı insan hər kəs üçün nemətdir. “Necə olsa, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək, bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil.
Yaxşı insan hər kəs üçün nemətdir. “Necə olsa, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək, bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil.
Cahiliyyə cəmiyyətlərində yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış hakimdir. İnsanlar gözəl əxlaqlı şəxslərin əxlaqlarından dönmədiyini bildikləri üçün onların bu xüsusiyyətlərindən sui-istifadə etməyə çalışırlar. "Necə olsa, bu insandan mənə zərər gəlməz", "O, buna bir şey deməz", "Necə olsa, nazım keçər", "Mən nə etsəm də, pisliklə cavab verməz", "Səbirli və əfvedici davranar" və ya "Bir şey olsa, mən bu insanı çox asanlıqla idarə edərəm, rahatlıqla istədiyimi etdirə bilərəm" kimi bir baxışla bu cür insanların yaxşı niyyətlərindən istifadə edirlər.
Haqqında bəhs etdiyim İNSAN da yaxşı niyyətli, təmiz əxlaqlı, mərhəmətli və sözün həqiqi mənasında, ZİYALIdır. Bu sözləri niyə böyük hərflə yazdım? İzahını verməyə çalışacağam. Bu İNSAN, ZİYALI Bahadur İmanquliyevdir.
Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində tətbiq edilən yanlış bir baxışdır. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə, təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər. Sevinirəm ki, 20 ilə yaxın tanıdığım Bahadur müəllim belə xarakterdən tamam uzaqdır. O, özünün düzgün, sərrast baxışlarının davamı olaraq, özünə yaxşı davranan, təkəbbürdən uzaq, qürurlu, mülayim, ədalətli şəxsləri dost seçə bilib. Ətrafında normal insani xüsusiyyətləri cəmləşdirən şəxsləri birləşdirə bilib. Bunun özü xüsusi fərasət tələb edir. Bahadur müəllim heç vaxt etdikləri üçün heç kəsin gözünə girməyə çalışmayıb. Bu da onun təvazökarlğının bir nümunəsidir.
Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini cəmiyyət içində görmək mümkündür. Əgər bir cəmiyyətdə insanın ətrafı xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə, bu insan mülayim davranacaq, çox reaksiya verməyəcək, vəziyyəti idarə edəcək. Xoşluqla, təmkinlə qarşılıq verəcək. İstədiyi bir iş başdansovma edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətliliyinə baxacaq. Özünə hörmət edilmədiyi zaman belə səbirli davranacaq.
Bahadur müəllimlə çalışdığım müddətdə bu cəhətləri onda kənardan müşahidə etmişəm. Mən iş zamanı əsəbiləşəndə belə, öz təmkinli, səbirli davranışı, ağıllı, müdrik hərəkəti ilə dəfələrlə məni sakitləşdirməyə çalışıb. Bunları bilən və təcrübə edən B.İmanquliyev bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verib. Mən hər zaman onun gözəl əxlaqından istifadə etməyə çalışmışam.
Bahadur İmanquliyevin əsl ziyalı, fədakar qələm sahibi və vətənpərvər şəxsiyyət kimi formalaşmasında, sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin, göz açdığı məkanın – Qubanın, ali təhsil aldığı şəhərin – Moskva mühitinin böyük rolu olub. Ailəsində gördüyü düzgünlük, ədalət, zəhmətsevərlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gənc Bahadur İmanquliyevi yaradıcılığa, qələmi ilə külünc vurmağa, qələm-kağız aləminə qədəm qoymağa və bu sahədə ucalmağa yönəldib.
Səmimi və qayğıkeş insan olmaqla yanaşı, B.İmanquliyevi xalqımıza, Bahadursevərlərə yaxınlaşdıran, doğmalaşdıran ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanistliyi və xeyirxahlığıdır. Ona müraciət edənlərə hər zaman kömək edib. Fəaliyyətə yeni başlayan qələm sahiblərinin dostu, milli mətbuatımızda ilk dəfə addım atan gənclərin mətbuat sahəsində uğurlar qazanmasına həssaslıqla yanaşıb. Yeni nəslin vətənpərvər ruhda formalaşması, jurnalistikaya maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəməyib. Belə bir ustad yazarla eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq, hətta xeyli müddət bir kollektivdə çalışmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə o, mənə dəstək göstərərək, müasir baxışlarımın formalaşmasında böyük rol oynayıb. Hər zaman Bahadur İmanquliyev yaradıcılığını yaxından izləyərək, onun dolğun və məzmunlu yazılarını oxuyaraq bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyata, jurnalistikaya və yazı sənətinə daha da bağlayıb.
"Azərbaycan" qəzetinin 23 iyun 2022-ci ildə dərc edilmiş “Sinəsi çəmən qoxuyan Vətən” yazısını dəfələrlə oxumuşam. Diqqətimi çəkən məqamı sizə də çatdırmaq istəyirəm: “Mən vətəni qoxusu ilə tanıdım, ətrini ruhuma çəkməklə onun necə gözəl və əvəzedilməz olduğunu anladım. Bu lap çoxdan olub. 60 il əvvəl 6-7 yaşında xırda uşaqlar idik, kəndimiz balaca idi, onun ayağında da kiçik talalarla dolu bir meşə vardı. Yazda bu talalar ağgül, qırmızıgül, sarıgül dediyimiz çiçəklərlə gül açardı. Ən gözəl talanı seçib, özümü çiçəklərin sinəsinə atardım, qucaqlayıb, bağrıma basıb çəmən qoxusunu sinəmə çəkər və dünyada hər şeyi unudardım. Sanki o tala məni çəmən qollarının və nadir qoxusunun ağuşuna alıb göyün yeddinci qatına qaldırardı. Aradan illər keçsə də Vətən deyəndə o qoxu aglıma hakim kəsilir.
Qarabağ müharibəsi iştirakçısı, gənc döyüşçı Qubad Həsənov danışır ki, onun yaddaşına vətən anlayışı döyüşlərin birində komandirləri mayor Kərəmət Əliyevin bağıran səsi ilə həkk olunub: "Qızğın döyüşlər gedirdi. Bizə verilən koordinatları vuran kimi komandirimiz əmr verirdi ki, dislokasiya yerini yubanmadam dəyişək. Bəzən elə olurdu ki, düşmən yerimizi təyin edə bilirdi. Adətən, belə olanda bircə an belə yubanmadan tutduğun mövqeni güllə kimi tərk etməlisən. Ona görə ki, hər yubandığın saniyə ölümü sənə sürətlə yaxınlaşdırır. Amma bir dəfə necə oldusa, bir az ləng tərpəndik, mayor Əliyev aslan kimi nərə çəkib üstümüzə bağırdı: "Mən sizi bura döyüşə gətirmişəm, ölməyə yox!!!" Səs elə güclü, elə zəhmli idi ki, ayağımızın altında yer titrədi və göz qırpımında maşınlara sıçrayıb mövqeyimizi dəyişdik. Yaşı 30, ya da 30-dan bir az artıq olar. Elə tay-tuş kimi idik. Amma döyüşdə ata kimi, öz övladı kimi bizi qoruyurdu. Bir də görürdün ki, gecəyarısı haradansa peç tapıb gətirdi ki, soyuqdan üşüməyək. Müharibənin əvvəlindən axırına kimi onun komandirlik etdiyi bir diviziyada və 3 reaktiv batalyonda bir nəfər də olsun itki vermədik. Bizi balası kimi bağrına basıb qorudu. Səsi də, özü də, elə əməli də Vətən kimi idi bizim üçün".
Bir neçə il əvvəlin söhbətidir. Deyəsən payızın ilk ayı idi. Xeyli müddət idi ki, Bahadur müəllim öz ürəyinin hokmü və şəxsi istəyi ilə bizə qonaqlıq vermək istəyirdi. Günlərin birində məsul katibimiz Elçin Vəliyev bildirdi ki, Bahadur müəllim bizi Qubaya dəvət edir. Və ardınca da soruşdu: - Getmək istəyirsinizmi? Hamımız (dördümüz də) da fikirləşmədən razılığımızı bildirdik. Ertəsi gün səhər tezdən iş yoldaşımız Dönməz Abasovun maşını ilə Elçin Vəliyev, mən, İlham Babayev (özünün sacını götürmüşdü ki, bizə yaxşı saciçi haırlayıb versin. Sözünə də kişi kimi əməl etdi, dadlı, tamlı saciçini həvəslə təqdim etdi, elə sacın içindəcə hazırladığını stolun üstünə qoydu) yola düzəldik. Bizi bir gün əvvəl Qubaya getmiş Bahadur müəllim rayonun girəcəyində qarşıladı. Bazarlıq etmək istəyəndə nəzərimizə çatdırdı ki, artıq dünəndən hazırlıq görülüb. Əlimizi cibimizə salmağa imkan vermədi. Biz də ona inanıb yolumuza davam etdik.
Bəli, gəlib Bahadur müəllimin ata yurduna çatanda gördük ki, qardaşı bizi gözləyir. Bol süfrə hazırlatdırmış qardaşı ilə həmsöhbət olduq. Gəlişimizə Bahadur müəllimdən də çox sevinən qardaşı olduqca maraqlı müsahib idi. Olanlardan, keçənlərdən danışdı, bizim darıxmağımıza imkan vermədi. Axı biz burada, təbiətin qoynunda necə darıxa bilərdik ki? İnsan nə qədər insafsız ola bilər ki, gileylənsin və nədənsə narazı qalsın?
Bir gün ailə üzvləri ilə birlkdə qulluğumuzda dayanmış İmanquliyevlər həqiqətən olduqca sadə, mehriban bir nəslin nümayəndələri olmaları təəssüratını yaratdılar. Bir sözlə, ata yurdundakı təəssüratlarımızı onların alma bağı kimi tanıtdıqları mülkdı, ərzidə davam etdirdik. Buraya yaxşı tanıdığımız istedadlı şair Ramiz Qusarçaylı da gəlib özünün dadlı-duzlu söhbətləri, yeni yazdığı şeirləri ilə bir rəng qatdı. Axşama doğru Bakıya üz tutmaq istədik. Adam bu cür insanlardan, təbiətin gözəlliyindən heç ayrılmaq istəmirdi. Öz-özlüyümüzdə fikirləşirdik: görən belə bir gün yenə qismət olacaqmı? İnanın həmin günün xoş təəssüratları bu gün də beynimizdə dolaşmaqdadır… Bax bizim Bahadur müəllim belə bir qonaqpərvər insandır...
Mətbuat sahəsində çalışan hər kəs Bahadur müəllimi parlaq zəka sahibi və alicənab şəxs kimi tanıyır. Dəyərli ziyalımız bu gün də yorulmaz fəaliyyəti, maraqlı, məzmunlu oçerk və zarisovkaları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə mətbuatımızın inkişafına şərəflə xidmət edir, yeni-yeni töhfələr verir..
Bu məqamda bir məqamı da xatırlatmaq istərdim. Allah hər mövzuda olduğu kimi, bu mövzuda da insanlara çıxış yolu kimi Quran əxlaqını yaradıb. Qurana tabe olan bir insan Allah'ın ayələrdə bildirdiyi sirlərin əksini həyatının hər anında və hər sahəsində çox açıq şəkildə görər. Yaxşılıq üçün verilən heç bir əmək əsla lazımsız deyil. Bu, insana nemətlərin ən gözəlini – Allah'ın razılığını qazandırır.
Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq göstərən bir insan Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək. Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.
Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah'ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 26)
Müttəqilərə: "Allah nə nazil etmişdir?"– deyildikdə, onlar: "Xeyir (nazil etmişdir)!"– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)
De: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah'ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (Zumər surəsi, 10)
...Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)
...yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)
Siz də o yaxşı, alicənab insanlardansınız, Bahadur müəllim. Sizin bu gün 69 yaşınız tamam olur. Ömür nərdivanınızın 70-ci pilləsinə qədəm qoyursunuz. Sizi yaxın dostlarınız, xüsusən də Rizvan Hilaloğlunun və öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün mətbuatsevərlər, Azərbaycanın milli mətbuatına, jurnalistikasına və onun tarixinə önəm verənlər, bütövlükdə media ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, jurnalistikanın hələ neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız.
Doğum gününüz mübarək!
Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay