Xəbərlər
13.10.2026, 01:39
“Breaking Bad”in aktyoru evində ölü tapıldı
Dünyaca məşhur “Breaking Bad” serialında baş qəhrəmanın oğlu Uolter Uayt-kiçik rolu ilə tanınan amerikalı aktyor Ar Cey Mitt (RJ Mitte) 34 yaşında faciəvi şəkildə vəfat edib.
“Qafqazinfo” “TMZ” nəşrinə istinadən xəbər verir ki, aktyorun cansız bədəni Texas ştatında yaşadığı evdə tapılıb.
Mitt 2008-ci ildən 2013-cü ilə qədər yayımlanan kult serialın 62 epizodundan 53-də çəkilərək böyük şöhrət qazanmışdı. Layihə başa çatdıqdan sonra o, “Doğum evində dəyişik düşənlər” (“Switched at Birth”) və “Ədalət keşikçiləri” (“The Guardians of Justice”) kimi layihələrdə rol alıb, model kimi çalışıb və əlilliyi olan şəxslərin hüquqlarının fəal müdafiəçisi olub.
Qeyd edək ki, Ar Cey Mittə uşaq yaşlarında uşaq serebral iflici (Serebral Palsy) diaqnozu qoyulmuşdu.
Xatırladaq ki, bir qədər əvvəl “The New York Times” nəşri “Breaking Bad” serialını XXI əsrin 100 ən yaxşı serialı siyahısında 1-ci yerə layiq görmüşdü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


