Xəbərlər
17.10.2026, 22:15
Eyni serialda baş rolu oynayacaqlar
Məşhur Hollivud aktyorları Antonio Banderas və Nikolas Keyc “Əsl detektiv” serialının beşinci mövsümündə baş rolları ifa edəcəklər.
“Qafqazinfo” “Variety” nəşrinə istinadən xəbər verir ki, çəkilişlərin 2027-ci ildə başlaması planlaşdırılıb.
Hələlik süjet haqqında ətraflı məlumat verilmir.
Nik Pitsolatto tərəfindən yaradılmış “Əsl detektiv” serialı indiyədək 41 “Emmi” mükafatına namizəd göstərilib və onlardan altısını qazanıb. Yayımlandığı HBO telekanalının məlumatına görə, dördüncü mövsüm serialın indiyədək ən populyar mövsümü olub. Həmin mövsüm “Əsl detektiv”in auditoriyası 12,7 milyon tamaşaçı təşkil edib. Serialın əvvəlki mövsümlərində Metyu Makkonaxi, Vudi Harrelson, Kolin Farrel, Maherşala Ali və digər məşhur aktyorlar rol alıblar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay