Xəbərlər
17.10.2026, 00:15
Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO
Ismayıllı rayonundakı Basqal kəndi (bir neçə ildir qəsəbə adını daşıyır) tarixən ipəkçilik, toxuculuq mərkəzi kimi tanınıb və əhalinin əsas məşğuliyyəti ipəkdən hazırlanan qanovuz, kəlağayı, yorğan üzü və digər məhsulların istehsalı olub. Yenidənqurma prosesi bu mənada daha çox zərbəni Basqala vurdu. Əhalinin çoxunun məşğul olduğu bu sahə laqeydsizliyin qurbanı oldu, dünənədək qorunub saxlanılan köhnə və qismən yeni dəzgahlar yağışın altında qaldı, paslandı, sökülən söküldü, qalanları da istifadəyə yarasız hala çevrildi. Heç kim dinmədi, danışmadı. Susmayanlara isə qəribə baxdılar, hətta bəzilərinə demaqoq damğası belə vurdular.
Günlərin birində rayonun Qarakolluq kədindən bir nəfə gəlib kənddə dedi ki, tender nəticəsində bu ərazini alıb. O, burada toxuculuqla, kəlağayı istehsalı ilə məşğul olacaq. Bunu eşidən basqallılar tam olmasa da, sevindilər. Fikirləşdilər ki, deyəsən tale üzlərinə gülüb, işıq ucu görsənir. Amma haradan biləydilər ki, tenderi udan şəxs az sonra bu sahəni öz kəndlərində davam etdirməyə başlayacaq. Dedilər ki, o şəxs Türkmənistanda da bu işlə məşğuldur. Qarakolluqda kəlağayı toxuyub boyatdıracaq və hazır məhsul kimi bazara çıxacaq. Hazırda orada vəziyyətin necəliyi barədə məlumatım yoxdur. Yəqin ki, məlumat toplaya biləcəyəm.
O dövrdə, yəni kəlağayı sexləri fəaliyyətlərini dayandırana kimi, kənddən Bakıya və digər yerlərə dolanışıq üçün gedənlər az idi. Amma bundan sonra kütləvi axına start verildi, Basqalın da qara günləri - kəndin boşalması prosesi başladı.
Camaat çarəsizlikdən kənddə xırda işlərlə başını qatdı. Dolana bilməyənlər isə kənddən perik düşdülər. Yaşlı məşhur ustalar isə ömürlərini bitirdilər. Sənəti davam etdirmək üçün kimsə maraqlanmadı.
Sonradan eşitdim ki, bu sahənin öyrənilməsi və tədqiqi ilə məşğul olan Rəna İbrahimbəyova və Cəlil Tarıverdiyev kənddə dəfələrlə oldu, kəlağayı sənətinin qorunması, elmi şəkildə tədqiqi və yenidən dirçəldilməsi işini öz üzərlərinə götürdülər.
Onların Azərbaycan mədəni irsinə verdiyi töhfələr və fəaliyyət sahələri aşağıdakılardır:
• Milli irsin xilas edilməsi: Sovet dövründən sonra unudulmaq və yox olmaq təhlükəsi ilə üzləşən qədim kəlağayı sənətini, onun toxunma və boyama texnologiyalarını bərpa etmək üçün geniş elmi-praktiki fəaliyyətə başlamışdılar.
• "Kəlağayı" İpək / Baramaçılıq Mərkəzi: Onların təşəbbüsü ilə Basqalda ənənəvi kəlağayı emalatxanası, muzey və istehsalat sahələrini özündə birləşdirən mərkəz (Basqal İpək Mərkəzi) yaradılmışdır. Bu mərkəz həm də bölgəyə gələn turistlər üçün ustad dərslərinin (master-klass) keçirildiyi əsas məkandır.
• Elmi araşdırmalar və simvolizm: Rəna İbrahimbəyova kəlağayının sadəcə bir baş örtüyü deyil, üzərindəki ornamentlərin (buta və digər naxışların) fəlsəfi mənalar daşıyan kodlaşdırılmış bir dil, etnomədəni marker olduğunu elmi baxımdan tədqiq edir.
• Yaradıcılıq forumları və sərgilər: Cəlil Tarıverdiyev (Azərbaycan Rəssamlar İttifaqının üzvü) və Rəna xanım yerli və xarici rəssamları cəlb edərək qədim texnologiyalar əsasında unikal əl işi olan kəlağayıların hazırlanmasına rəhbərlik edirlər.
• UNESCO uğuru: Onların və digər mütəxəssislərin məqsədyönlü fəaliyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənəti – Basqal kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
Bir neçə ilə əvvəl Cəlil Tarıverdiyev haqq dünyasına köçdü. Bu işi hazırda Rəna xanım davam etdirir.
Müxtəlif mənbələrdə rast gəldim ki, hazırda Basqalda bu sənət davam etdirilir. Bu sənət primitive qaydada lap əvvəllərdə necə olmuşdusa, indi də o cür davam etdirilir. Əgər Basqalda bu sənətə geniş formada meydan verilibsə, onda bir neçə sual məni maraqlandırır:
Basqalda toxuculuq və kəlağayı istehsalının hazırkı vəziyyəti necədir?
Sənətkarların fəaliyyətini genişləndirmək üçün hansı konkret dəstək mexanizmləri mövcuddur?
Yeni istehsal sahələrinin və emalatxanaların yaradılması istiqamətində hansı layihələr həyata keçirilib?
Sənətkarlıq məhsullarının satışını və ixracını artırmaq üçün hansı tədbirlər görülür?
Gənclərin bu peşəyə yiyələnməsi və ənənələrin gələcək nəsillərə ötürülməsi necə təmin edilir?
Ayrılmış dövlət vəsaitləri və həyata keçirilmiş layihələr barədə ictimai hesabatlılıq hansı səviyyədədir?
Mən bu sualların kimə ünvanlanmasını bilmədiyim üçün məcbur olub sosial şəbəkəyə üz tutdum. Bu suallarıma kim cavab verə bilər?
Və sonda. Əgər bir neçə il əvvəl kəlağayının inkişafı, profilinin dəyişdirlməsi gündəmə gəlsəydi, heç basqallılar da kənddən qaçmayacaqdılar...
ARDINI İZLƏYİN...
Hörmətlə basqallı
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay