Xəbərlər
16.10.2026, 12:54
BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO
Vətən qəribə sözdür. Dörd hərfdən ibarətdir, amma içinə bir xalqın minillik tarixini, anaların laylasını, şəhidlərin qanını, qocaların xatirəsini, uşaqların sabahını sığışdırır. Vətən bəzən bir ovuc torpaqdır, bəzən bir qapının ağzında səni gözləyən ana, bəzən də uzaqdan görünən bir dağın zirvəsi. Adam böyüdükcə dünyanın böyüklüyünü anlayır, amma Vətənin böyüklüyünü anlamaq üçün bəzən bir ömür də az gəlir.
Vətən təkcə bizim doğulduğumuz yer anlamında başa düşülməməlidir. O, Vətən həm də bizim özümüzü tanıdığımız, kimliyimizi dərk etdiyimiz, dilimizin ilk kəlməsini eşitdiyimiz, adımızın bir tarixə, bir millətə, bir torpağa bağlandığı müqəddəs məkandır. İnsan dünyaya gələndə özü ilə heç nə gətirmir. Amma gözünü açdığı torpaq ona bir dil, bir yaddaş, bir mənəviyyat, bir də məsuliyyət verir. Sonra insan ömrü boyu həmin məsuliyyətin ağırlığını daşıyır. Daşıya bilirsə, Vətənin övladı olur, daşıya bilmirsə, Vətənin yalnız sakini olaraq qalır.
Bu cümlənin içində həm böyük bir həqiqət, həm də böyük bir sınaq var. Çünki Vətənin hamımıza məxsus olması o demək deyil ki, hərəmiz ondan istədiyimizi götürüb kənara çəkilə bilərik. Əksinə, hamımıza məxsus olanın qarşısında hamımızın borcu var. Vətən ortaq evimizdirsə, onun divarını möhkəmləndirmək də, damını qorumaq da, ocağını sönməyə qoymamaq da hamımızın işidir. Birimizin laqeydliyi o evin bir küncünü uçurur, birimizin fədakarlığı isə neçə-neçə çatın qarşısını alır.
Bəzən düşünürəm, insan Vətəni nə qədər sevməlidir? Bu sevginin ölçüsü varmı? Bəlkə Vətəni sevməyi onun adını hər cümlədə çəkmək kimi yox, onun adına layiq yaşamaq kimi başa düşək?!. Bəlkə Vətəni sevmək bayrağa baxanda kövrəlməkdən əvvəl o bayrağın təmsil etdiyi dəyərlərə sədaqət göstərməkdir. Bəlkə də Vətən sevgisi bir şəhidin məzarını ziyarət edərkən başını aşağı salmaqla yanaşı, onun uğrunda canından keçdiyi torpaqda vicdanla yaşamaqdır. Çünki Vətən təkcə sərhədlərdən ibarət deyil. Sərhəd onun bədənidirsə, mənəviyyat onun ruhudur. Torpağı qorumaq nə qədər vacibdirsə, torpağın üstündə insanlığı qorumaq da bir o qədər vacibdir. Bir ölkənin yolları hamar, binaları uca, şəhərləri işıqlı ola bilər. Ancaq o ölkədə insanın haqqı tapdalanırsa, zəhmətə qiymət verilmirsə, ədalət tərəzisi düz işləmir¬sə, deməli, görüləsi işlər hələ çoxdur. Vətəni sevmək onun gözəllikləri ilə fəxr etmək qədər nöqsanlarını aradan qaldırmaq üçün çalışmaqdır. Əsl vətəndaş tərif söyləməklə kifayətlənmir, öz əməli ilə də Vətənə xidmət edir.
Dağlarımızın başında qürur dayanıb, çaylarımızın səsində tarix danışır, kəndlərimizin küçələrində babalarımızın ayaq səsləri eşidilir. Bu torpaq uğrunda döyüşənlərin arzuları, şəhid olanların yarımçıq qalan ömürləri, anaların göz yaşları, ataların susqunluğu var. Biz bəzən torpağın üstündə gəzirik, amma onun altında yatan xatirələrin ağırlığını duymuruq. Halbuki hər qarış torpaq bizdən bir sual soruşur: mənim uğrunda can verənlərin əmanətinə necə sahib çıxırsan?
Bu sualın cavabı yalnız döyüş meydanında verilmir. Müəllim sinifdə uşağa həqiqəti öyrədəndə, həkim insan həyatını xilas edəndə, əkinçi torpağa toxum səpəndə, fəhlə halal zəhməti ilə bir daşın üstünə başqa daş qoyanda, alim xalqının gələcəyinə işıq tutanda, jurnalist həqiqəti qoruyanda da Vətənə xidmət edir. Hər kəsin Vətən qarşısında öz səngəri var. Kiminin səngəri dağ başındadır, kimininki məktəbdə, xəstəxanada, zavodda, redaksiyada, ailəsindədir. Əsas məsələ hansı səngərdə dayanmağımız deyil, orada hansı məsuliyyətlə dayanmağımızdır.
Vətən sevgisi həm də bir-birimizə münasibətimizdə görünür. Özündən başqa heç kəsi düşünməyən adamın Vətən sevgisi haqqında danışması nə qədər inandırıcıdır? Qonşusunun dərdinə biganə qalan, kasıbın halını görməyən, haqsızlıq qarşısında susan, başqasının uğuruna sevinə bilməyən insan Vətəni necə sevə bilər? Axı Vətən dediyimiz anlayışın içində insanlar var. İnsanını sevmədən Vətəni sevmək, görünür, ağacın kökünü unudub yalnız budaqlarını tərifləməyə bənzəyir.
Biz bir-birimizin fərqini düşmənçiliyə çevirməməliyik. Hər kəsin düşüncəsi, xasiyyəti, yolu, dünyaya baxışı eyni ola bilməz. Amma bizi birləşdirən dəyərlər var:
Bu dəyərlər qarşısında şəxsi incikliklərimiz də, xırda hesablarımız da kiçilməlidir. Çünki Vətən hamımızındırsa, onun sevinci də, ağrısı da, uğuru da, məsuliyyəti də hamımıza aiddir. Birimizin qazandığı uğur hamımızı yüksəldə bilər, birimizin törətdiyi xəta isə hamımızın adına kölgə sala bilər.
Vətənin gələcəyi haqqında danışanda çox vaxt sabahı nəzərdə tuturuq. Ancaq sabah elə bu günün içində böyüyür. Bu gün uşağa hansı dəyəri öyrədiriksə, sabah o dəyər cəmiyyətin davranışına çevriləcək. Bu gün gəncə hansı örnəyi göstəririksə, sabah o örnək onun yolunu müəyyənləşdirəcək. Ailədə, cəmiyyətdə uşaqlara Vətəni sevməyi öyrətmək istəyiriksə, əvvəlcə onlara ədalətli olmağın, zəhmətə hörmət etməyin, böyüyə ehtiramın, kiçiyə qayğının, halal yaşamağın nümunəsini göstərməliyik. Çünki vətənpərvərlik yalnız deyilən söz deyil, görülən işin adıdır.
Mən istəyirəm ki, bu ölkədə hər kəs özünü Vətənin bərabərhüquqlu övladı hiss etsin. Heç kim özünü kənarda qalmış, unudulmuş, səsi eşidilməmiş saymasın. Çünki Vətən insanı birləşdirəndə güclənir, ayıranda zəifləyir. Birliyin mənası hamının eyni cür düşünməsi deyil; bir-birinin haqqına hörmət edərək ortaq gələcək naminə çalışmasıdır. Hamımızın eyni arzusu olmalıdır: övladlarımız bizdən daha təhlükəsiz, daha savadlı, daha ədalətli, daha firavan bir ölkədə yaşasınlar.
Və nəhayət,
Bizdən istəyir ki, onu yalnız bayram günlərində xatırlamayaq. Onun adını yalnız tribunadan səsləndirməyək. Hər gün öz işimizlə, əxlaqımızla, münasibətimizlə, vicdanımızla ona sahib çıxaq. Bir ağac əkək, bir uşağın yolunu açaq, bir haqsızlığın qarşısını alaq, bir kimsəsizin əlindən tutaq, bir şəhid ailəsinin qapısını döyək, bir qarış torpağa belə biganə qalmayaq. Bəlkə də, Vətənə xidmət dediyimiz böyük anlayış elə bu kiçik görünən, amma insanı ucaldan əməllərin cəmidir.
Unutmayaq: Vətən heç kimin şəxsi mülkü deyil, amma hər kəsin mənəvi əmanətidir. Onu bizdən əvvəlkilər qoruyub bizə çatdırıblar. Biz də onu bizdən sonrakılara başıuca, alnıaçıq, bütöv və qüdrətli şəkildə təhvil verməliyik. Bu əmanətə sahib çıxmaq üçün bəzən can vermək, bəzən ömrünü zəhmətə həsr etmək, bəzən də sadəcə vicdanının səsini dinləmək lazımdır.
Amma gəlin bu sözün arxasında gizlənməyək. Gəlin onun məsuliyyətini bölüşək, dərdini birlikdə çəkək, sevincini birlikdə yaşayaq. Çünki Vətən hamımızındırsa, onun taleyinə biganə qalmaq heç birimizin haqqı deyil.
Vətən bizə yalnız yaşamaq üçün torpaq verməyib. O, bizə kim olduğumuzu xatırladan bir yaddaş, gələcəyə aparan bir ümid, qorumağa borclu olduğumuz bir ad verib. İndi növbə bizimdir. Gəlin bu adı elə yaşadaq ki, sabah övladlarımız Vətəndən danışanda təkcə keçmişimizlə fəxr etməsinlər, bizimlə də qürur duysunlar.
Daşdəmir ƏJDƏROĞLU

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR!

BU TORPAĞIN HƏR QARIŞININ BİR HEKAYƏSİ VAR...

ANA DİLİMİZ, TARİXİMİZ, BAYRAĞIMIZ, TORPAĞIMIZ, GƏLƏCƏYİMİZ...

VƏTƏN BİZDƏN BÖYÜK SÖZLƏR YOX, BÖYÜK MƏSULİYYƏT GÖZLƏYİR...
Bizdən istəyir ki, onu yalnız bayram günlərində xatırlamayaq. Onun adını yalnız tribunadan səsləndirməyək. Hər gün öz işimizlə, əxlaqımızla, münasibətimizlə, vicdanımızla ona sahib çıxaq. Bir ağac əkək, bir uşağın yolunu açaq, bir haqsızlığın qarşısını alaq, bir kimsəsizin əlindən tutaq, bir şəhid ailəsinin qapısını döyək, bir qarış torpağa belə biganə qalmayaq. Bəlkə də, Vətənə xidmət dediyimiz böyük anlayış elə bu kiçik görünən, amma insanı ucaldan əməllərin cəmidir.
Unutmayaq: Vətən heç kimin şəxsi mülkü deyil, amma hər kəsin mənəvi əmanətidir. Onu bizdən əvvəlkilər qoruyub bizə çatdırıblar. Biz də onu bizdən sonrakılara başıuca, alnıaçıq, bütöv və qüdrətli şəkildə təhvil verməliyik. Bu əmanətə sahib çıxmaq üçün bəzən can vermək, bəzən ömrünü zəhmətə həsr etmək, bəzən də sadəcə vicdanının səsini dinləmək lazımdır.
BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR!
Amma gəlin bu sözün arxasında gizlənməyək. Gəlin onun məsuliyyətini bölüşək, dərdini birlikdə çəkək, sevincini birlikdə yaşayaq. Çünki Vətən hamımızındırsa, onun taleyinə biganə qalmaq heç birimizin haqqı deyil.
Vətən bizə yalnız yaşamaq üçün torpaq verməyib. O, bizə kim olduğumuzu xatırladan bir yaddaş, gələcəyə aparan bir ümid, qorumağa borclu olduğumuz bir ad verib. İndi növbə bizimdir. Gəlin bu adı elə yaşadaq ki, sabah övladlarımız Vətəndən danışanda təkcə keçmişimizlə fəxr etməsinlər, bizimlə də qürur duysunlar.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay