Xəbərlər
10.10.2026, 00:19
BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...
İnsan bəzən başqasının dərdinə sözlə təsəlli verməyə çalışır. Amma elə dərdlər var ki, qarşısında söz də aciz qalır. Nə qədər ürəkdən danışsan, nə qədər “narahat olma, hər şey yaxşı olacaq” desən də, içində bir qorxu səni rahat buraxmır.
İş yoldaşım Hüsaməddin Sultanovun oğlu Niyaməddin Sultanzadə Vətən müharibəsi zamanı qismən səfərbərlik əsasında cəbhəyə getmişdi. Müharibənin son günləri idi. Qələbəyə az qalmışdı. Amma Hüsaməddin oğlundan xəbər ala bilmirdi.
Hər səhər növbəni Hüsaməddindən təhvil alanda onun gözlərindəki narahatlığı görürdüm. Nə deyə bilərdim? Mən də Əfqanıstan müharibəsində olmuş bir insan kimi cəbhə şəraitini, dağlarda telefon əlaqəsinin bəzən kəsilməsini bilirdim. Ona ürək-dirək verməyə çalışırdım:
— Bəlkə dağdadır, orada telefon tutmur... Elə hallar çox olur. Narahat olma, inşallah, yaxşı olar...
Bu sözləri demək olardı ki, hər birimiz Hüsaməddinə deyirdik, amma Hüsaməddinin çəkdiyi əzabın bir hissəsini biz də öz içimizdə yaşayırdıq. Çünki onun gözlərinə baxanda verdiyimiz təsəllinin özümüzə də təsəlli olmadığını hiss edirdik.
Hər dəfə ondan soruşanda:
— Nə xəbər?
Cavabı eyni olurdu:
— Heç... hələ...
Və həmin iki söz bizim də dilimizdə donub qalırdı.
Sonra bir gün eşitdik ki, Niyaməddin Sultanzadə şəhidlik zirvəsinə yüksəlib...
Bu xəbər hamı kimi mənə də çox ağır təsir etdi. Bəlkə də insanın başqasına təsəlli verərkən eşitməkdən ən çox qorxduğu xəbər elə budur. O gün hiss etdiklərimi illər keçsə də unutmaq mümkün deyil.
O ağrını elə o vaxt şeirə köçürdüm:
AĞRIMIZ
Ağır oldu, çox ağrıtdı qəlbimi,
Bu xəbəri gözləmirdim mən belə.
Hərdən səndən soruşanda -“Nə xəbər?”
Dərdli-dərdli söyləyirdin -“Heç hələ...”
Eşidəndə xəbər məni yandırdı,
Bu xəbərin acısını yaşadım.
Gözüm doldu, kəkələdim uşaq tək,
Həmin günü o ağrını daşıdım.
Bu da sənin qismətində var imiş,
Tanrı səni bu yolda da sınadı.
Şəhid bala səndən getdi, qardaşım,
Amma indi o, bu xalqın canıdır.
O nur üzlü, gözəl bala, dərgahın
Qoynundaca yer alıbmış özünə.
Tanrı onun qismətini yazıbmış,
Daha bəsdir, yaş gəlməsin gözünə!
Bu qədəri, bu qəziyyəni, bu dərdi
Verən bilir, alan görür, çəkən haqq.
Mənim sənə söylədiyim təsəlli —
Allah səni qoy qorusun, canın sağ.
Bu xəbəri gözləmirdim mən belə.
Hərdən səndən soruşanda -“Nə xəbər?”
Dərdli-dərdli söyləyirdin -“Heç hələ...”
Eşidəndə xəbər məni yandırdı,
Bu xəbərin acısını yaşadım.
Gözüm doldu, kəkələdim uşaq tək,
Həmin günü o ağrını daşıdım.
Bu da sənin qismətində var imiş,
Tanrı səni bu yolda da sınadı.
Şəhid bala səndən getdi, qardaşım,
Amma indi o, bu xalqın canıdır.
O nur üzlü, gözəl bala, dərgahın
Qoynundaca yer alıbmış özünə.
Tanrı onun qismətini yazıbmış,
Daha bəsdir, yaş gəlməsin gözünə!
Bu qədəri, bu qəziyyəni, bu dərdi
Verən bilir, alan görür, çəkən haqq.
Mənim sənə söylədiyim təsəlli —
Allah səni qoy qorusun, canın sağ.
*****
Niyaməddinin şəhidliyindən sonra Hüsaməddinin keçirdiyi ağrını sözlə ifadə etmək mümkün deyildi. O, oğlunu itirmişdi. Bir ata üçün bundan ağır nə ola bilər?Mən onun hər səhər növbə təhvil alanda yaşadığı o narahatlığı görmüşdüm. İndi isə həmin narahatlığın yerini daha ağır, daha dərin, ömürlük bir ağrı tutmuşdu.Qırx mərasimində Hüsaməddinin çəkdikləri görəndə bütün olanlar yenidən gözlərimin önündən keçdi. O gün içimdə toplanan duyğuları bu misralara çevirdim:
ŞƏHİD ATASI
Sən oğul itirdin, bir bala getdi,
Allah dərgahında vüsala yetdi.
Tale qismətinə yazdığı dərddi —
Dik saxla başını, şəhid atası.
Canının içində bala böyütdün,
Səni belə dərdə sala böyütdün?
Sən onu Vətənə qala böyütdün,
Sil gözün yaşını, şəhid atası.
Ey göz yaşlarıyla arzusun yuyan,
Çoxdur, bil, dərdini anlayan, duyan.
Düzəlt qamətini, daha dik dayan,
Dik saxla başını, şəhid atası,
Sil gözün yaşını, şəhid atası!
Allah dərgahında vüsala yetdi.
Tale qismətinə yazdığı dərddi —
Dik saxla başını, şəhid atası.
Canının içində bala böyütdün,
Səni belə dərdə sala böyütdün?
Sən onu Vətənə qala böyütdün,
Sil gözün yaşını, şəhid atası.
Ey göz yaşlarıyla arzusun yuyan,
Çoxdur, bil, dərdini anlayan, duyan.
Düzəlt qamətini, daha dik dayan,
Dik saxla başını, şəhid atası,
Sil gözün yaşını, şəhid atası!
******
Amma şəhid itkisi yalnız atanın deyil, ananın da ürəyində ömürlük bir yara açır.
Niyaməddinin anası Mehriban Sultanovanın da çəkdiyi ağrıya şahid olduq. Ana üçün oğul itkisini hansı söz ifadə edə bilər? Bir ana oğlunu dünyaya gətirir, böyüdür, arzular qurur. Sonra həmin oğul Vətən yolunda şəhid olur.
Bir müddət əvvəl Mehriban xanımın ad günü ilə bağlı yaşadıqları Masallı rayonunu ictimaiyyət nümayəndələrinin paylaşdıqları təbrikləri gördüm. Həmin paylaşımlara baxarkən bir məqam xüsusilə diqqətimi çəkdi. Oğlunun nəşi gətiriləndə tabutun altına çiynin verdiyi an gözlərim önünə gəldi. Ciyərparasını son mənzilə çiynində yola salan, indi də şəhidlik ağrısını qəlbində daşıyan bir ananın ad günüdü...
Ana üçün ad günü artıq əvvəlki ad günü deyildi. Çünki onun həyatında bir tarix vardı ki, həmin gündən sonra bütün günlər oğlunun xatirəsi ilə ölçülürdü.
Bu duyğularla “Şəhid bala” şeirini yazdım:
ŞƏHİD BALA
Şəhid bala! Ad günüydü ananın,
Vətən onu təbrik etdi adından.
Ağrısını hamı duyur canının,
Heç çıxmazmış bu ad günü yadından.
Sənin kimi oğul verən ananın
Sevgisi də Vətən idi, can bala.
O, cənnətdə mələk olan sonanın,
Necə qıydın gözü yaşlı o qala?
Tale, qismət, bala, belə gətirdi,
Ağrıları yaşasa da analar.
Onlar sizi bu Vətənə yetirdi,
Sizsiz keçən ad günündə yanalar.
Asan etdiz otuz ilin çətinin,
Boğsanız da anaları qəhərə.
Ana kimi sevdiyiniz Vətənin
Ad gününü çevirdiniz ZƏFƏRƏ.
Çoxdur belə xatirələr duyğusal,
Çözüldükcə şirin olur acısı.
Bil, yaşadır sizdən qalan hər xəyal,
Ey şəhidim, ucaların ucası.
Yadındamı?.. Anan görcək buludu,
“Bir şey geyin”, — söyləyərdi əyninə.
Bayrağına o bükülən tabutu
Bilirsənmi, anan aldı çiyninə...
Vətən sevgin qürur verdi anana,
Dağ çəksə də sinəsinə bu həyat.
Hədiyyən bu oldu qəlbi yanana —
Şəhid bala, rahat uyu, rahat yat!
Vətən onu təbrik etdi adından.
Ağrısını hamı duyur canının,
Heç çıxmazmış bu ad günü yadından.
Sənin kimi oğul verən ananın
Sevgisi də Vətən idi, can bala.
O, cənnətdə mələk olan sonanın,
Necə qıydın gözü yaşlı o qala?
Tale, qismət, bala, belə gətirdi,
Ağrıları yaşasa da analar.
Onlar sizi bu Vətənə yetirdi,
Sizsiz keçən ad günündə yanalar.
Asan etdiz otuz ilin çətinin,
Boğsanız da anaları qəhərə.
Ana kimi sevdiyiniz Vətənin
Ad gününü çevirdiniz ZƏFƏRƏ.
Çoxdur belə xatirələr duyğusal,
Çözüldükcə şirin olur acısı.
Bil, yaşadır sizdən qalan hər xəyal,
Ey şəhidim, ucaların ucası.
Yadındamı?.. Anan görcək buludu,
“Bir şey geyin”, — söyləyərdi əyninə.
Bayrağına o bükülən tabutu
Bilirsənmi, anan aldı çiyninə...
Vətən sevgin qürur verdi anana,
Dağ çəksə də sinəsinə bu həyat.
Hədiyyən bu oldu qəlbi yanana —
Şəhid bala, rahat uyu, rahat yat!
***'****
Hüsaməddinlə bağlı yaddaşımda qalan başqa bir məqam da var.
Hərdən növbəni təhvil verəndə yenicə yazıb tamamladığım şeirlərdən ona oxuyardım. Beləcə, istər-istəməz onu mənim ilk oxucularımdan birinə çevirmişdim.
Bir dəfə yenə səhər saatlarında növbəni təhvil verərkən yenicə tamamladığım “Canım, gəl” şeirini ona oxudum. Sonra üzünə baxdım ki, görüm nə deyəcək.
Dedi:
— Birinci bəndi götürəcəyəm...
İlk anda fikrini tam anlamadım. Sonra başa düşdüm ki, oğlunun həsrətini, atasının dilinə gətirə bilmədiyi ağrını həmin misralarda görüb.
Dedim:
— Birinci bəndi saxlayım, istəyinə uyğun davamını yazım.
Yazdım da...
Bu şeiri Niyaməddin balamızın ruhu qarşısında baş əyərək yazdım:
CANIM, GƏL
Sən gedəli yollarına baxmaqdan,
Əlim bitdi, gözüm üstə, canım, gəl.
Bu hicranın atəşinə o vaxtdan
Qovruluram közüm üstə, canım, gəl.
Necə qıydın sən anana, ya mənə,
Ağı deyir dilim, ağzım şəninə.
Bəy paltarı heç geymədən əyninə,
Qoydun bizi dözüm üstə, canım, gəl.
Sığalladım baş daşında şəklini,
Yudum, bala, göz yaşında şəklini.
Dodağımla sığal etdim kəklini,
Üzün qoydum üzüm üstə, canım, gəl.
Sənsiz heçmiş, doğrudan da,bu həyat,
Məkanına qurban olum, ol rahat.
Hər gün, hər an, hər dəqiqə, hər saat
Sənsən sözüm, sözüm üstə,canım, gəl!
Əlim bitdi, gözüm üstə, canım, gəl.
Bu hicranın atəşinə o vaxtdan
Qovruluram közüm üstə, canım, gəl.
Necə qıydın sən anana, ya mənə,
Ağı deyir dilim, ağzım şəninə.
Bəy paltarı heç geymədən əyninə,
Qoydun bizi dözüm üstə, canım, gəl.
Sığalladım baş daşında şəklini,
Yudum, bala, göz yaşında şəklini.
Dodağımla sığal etdim kəklini,
Üzün qoydum üzüm üstə, canım, gəl.
Sənsiz heçmiş, doğrudan da,bu həyat,
Məkanına qurban olum, ol rahat.
Hər gün, hər an, hər dəqiqə, hər saat
Sənsən sözüm, sözüm üstə,canım, gəl!
*******
Bəzən bir insanın həyatına yalnız bir neçə il deyil, bir ömürlük xatirə sığır.
Niyaməddin Sultanzadə artıq aramızda deyil. Amma onun şəhidliyi bir ailənin yaddaşında deyil, bir xalqın yaddaşında yaşayır.
Hüsaməddin oğlunun yolunu gözlədi — yolunu gözləyə-gözləyə şəhid xəbərini aldı. Mehriban xanım oğlunu Vətənə yola saldı — sonra onun tabutunu öz çiynində qarşıladı. Biz isə onların ağrısına şahid olduq.
Bəzən insanın əlindən yalnız bir şey gəlir: unutmamaq.
Çünki şəhidlər unudulanda yalnız bir insanın adı yox, bir Vətən borcu da unudulur.
Niyaməddin balamızın ruhu qarşısında baş əyir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Ruhunuz şad, məkanınız cənnət olsun, əziz şəhidlərimiz!
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








