Turaztv.az » Xəbərlər » Mən gəldim deyim ki...
Xəbərlər

Mən gəldim deyim ki...

25.11.2026, 00:17 22
Mən gəldim deyim ki...

Nüşabə Şirin Qafanlı

Sən məni görəndə, nə sızlayırsan?
Kölgə kimi məni , nə izləyirsən?
Axı de ki, məndən nə istəyirsən?
Mən gəldim deyim ki, məni gözləmə.

De könlümü bircə dəfə almısan,?
Hər gün məni ilan kimi çalmısan.
Məni çox vaxt yarı yolda qoymusan,
Mən gəldim deyim ki, məni gözləmə. .

Acı sözlərini, özündə saxla,
Kinli baxışını, gözündə saxla.
Bozarmış rəngini, üzündə saxla,
Mən gəldim deyim ki, məni gözləmə.

Sən mənim dərdimi çəkməyəcəksən,
Xəyal dəryasında üzməyəcəksən.
Nüşabənin üzün görməyəcəksən,
Mən gəldim deyim ki, məni gözləmə....

23 .11 .2026

Oxşar xəbərlər