Turaztv.az » Xəbərlər » Atlaz Rzayi : Bir az da satirik tənqid....
Xəbərlər

Atlaz Rzayi : Bir az da satirik tənqid....

24.11.2026, 21:03 4
Atlaz Rzayi  : Bir az da satirik tənqid....
Demək, bəzi ədəbiyyat adamlarını tənqid etdikcə, cürətləri və sürətləri, eyni zamanda surətləri (üzləri) çatmadı ki, gəlib əksini sübut etsinlər. Onun əvəzinə keçib qəşəngcə söz ata bildilər. Əla, lap əla! Demək ki, bu mənim tənqidimin gücü, o da necə deyərlər onların söz yoxsulluğu. Bir şair dediyi kimi, qrip xəstəsi olan şeirinin burnunu silməyi təklif edərkən, onlar da bu axıntını üstlərinə - başlarına yaxırlar. Qoy yaxsınlar. Əvvəl - axır yuyacaqlar. Cəmiyyət arasında kirli gəzmək mümkün deyil. Gülməyə mövzu axtaran nə çox adam... Gülmək demişkən, qoyun elə mən də sizə deyim yazdığınız "şeirlərin" qabağı hırıldamalı, dalı ağlamalıdır. "Cəsarətli" "şeir"lərinizi yazanda əvvəlcə baş ağrı dərmanı atın zəhmət olmasa. Ya da unutmusunuzsa, gedin qarın ağrısı dərmanı için. Çünki qripə yoluxmuş "şeir"ləriniz sonradan sizi çoox pis xəstə edə bilər. Yəni bu "hırhırın qəşəng zırzırı" ola bilər. Onda sizə heç bir dərman (tənqid) kömək edə bilməz. İndi fürsət varkən öz yazdıqlarınııza özünüz çırtma çalıb oynayın. Sonra bir cizgi filminin sonunda olduğu kimi elə oynayacaqsınız ki, dayanmağa yalvaracaqsınız. Hə bəzi "şairlər" siz qadın baş yaylığısız, yoxsa kişi cib yaylığı bilmirəm, amma "ən yaxşı gülən sonda güləndir" deyib sizə gülənlər mütləq gözlərini həmin yaylıqla siləcəklər!
P.S Onu da qeyd edim ki, arada qaza basanda, tormozu da unutmayın! Mən tənqidə davam edəcəm!

Oxşar xəbərlər