Xəbərlər
İtaliyanın keçmiş polis rəisi mafiya ilə bağlı araşdırmadan sonra intihar etdi
İtaliya polisinin keçmiş rəhbəri Canni De Cennaro Toskana bölgəsində intihar edib.
Hadisə keçmiş polis rəisinin mafiyaya qarşı mübarizəsi ilə tanınan hakimin ölümü ilə bağlı işdə mümkün iştirakına dair istintaqın aparıldığı dövrdə baş verib.
De Cennaronun meyiti noyabrın 21-də səhər saatlarında villasının gözətçisi tərəfindən aşkarlanıb. Keçmiş məmur telefon zənglərinə cavab vermədiyi üçün ailə üzvləri gözətçidən onu yoxlamasını xahiş ediblər. V GV NB
De Cennaronun ölümündən əvvəl ailəsinə məktublar qoyduğu və ətrafındakı insanlarla ünsiyyətini minimuma endirdiyi bildirilir. Tanışlarının sözlərinə görə, o, son günlərdə kədərli və susqun olub.
Nəşrin məlumatına görə, Kaltanissetta Prokurorluğu De Cennaronun 1992-ci ildə Siciliya mafiyası tərəfindən törədilən terror aktının istintaqına mane olmaqda şübhəli bilindiyi işin materiallarını açıqlayıb.
İstintaq onun mafiyaya qarşı mübarizəsi ilə tanınan hakim Paolo Borsellinonun və mühafizəçilərinin ölümü ilə bağlı araşdırmaya mane olmuş ola biləcəyini ehtimal edir.