Turaztv.az » Xəbərlər » Hər saniyə ömürdən gedir.
Xəbərlər

Hər saniyə ömürdən gedir.

24.11.2026, 11:06 4

Sənubər Səhər

Bu saniyələrin heç biri boş keçməsin, inşallah.
Orqanizm daim işləyir, beyin dayanmadan düşünür.
Gücümüz, qüvvətimiz, ağlımız bizi gəzməkdən, iş görməkdən də saxlamasın.
Düşüncələrimiz optimist zehində olsun.
Arzularımıza çatmaqda da şəxsi manifestimizi, dayanmaz əməyimizi unutmayaq.
Kənar mənfi təsirlərə güc gələ biləcək iradəmiz olsun.
Mənəvi dəyərlərin maddi dəyərlərdən üstünlüyünü görək.
Hər saniyə də, saniyələrin yığımı da bunları deyir. Hamı da eşitsin, inşallah. Gözəl, ağlı, xeyirli düşüncələr xoşbəxtliyin əsasıdır.
Nə olur-olsun, depressiyaya qatılmayan güclü ruhumuz olsun.
Amma, pisliklər olmasa da yaxşılıqların qiymətini bilmərik.
Canımızda da, yanımızda da, dünyada da. Və heç bir zaman…
Hər saniyəmizin də qədrini bilək… Düşündüklərimizin real ehtişamına tələsək.
Bacarıqlarımızı boş buraxmayaq. O işlədikcə artır, yüksəlir, xeyir paylayır.
Dəyərləri görməyi bacaranların qiyməti yüksəkdir. Qiyməti verənlərin zirvəsi isə əlçatmazdır.
Gəlin əlimiz çatanlara şükür edək, gözəl əməllərimizdən əsla aralanmayaq, dəyərini görənlərin yanında olaq, daim uğurla irəliləyək - hər saniyə.
İllər tələb edən möhtəşəm yaranışların da hər saniyəyə borcu var.
Bilik, ağıl, düşüncə, fikir, dünyagörüşü, gənaət, səbr, şükür və son reallıq. Saniyələrin ömürdən apardığı da, gətirdiyi də saysız əziyyətlər və sevinclərdir.
Hər birinin dəyərini görə bilən gözəl qəlbimiz, möhkəm ürəyimiz olsun.
Yatanda da, duranda da şükrümüz əskik olmasın.
Yuxudakı saniyələrin ölçüsü yoxdur. Yadımızda qalıb, həyata keçirdiyimiz, bəzən də həyatda gördüyümüz göndərişlər var.
Ömür zamanın hökmünə tabedir. Həyat da ömrün saniyə marafonuna.
Hər saniyə də dünyanın, əməllərin burulğun dönüşünə.
Əməllərində çaşanlar olsa da, cəzasız qalan olmur.
Bu cəzaları hər kəs görməsə də buna inanaq.
Yaşamını qizlətmək üçün yalan danışmağa məcbur olmağın özü də cəzadır, əziyyətdir.
Bütün böyük uçurumlar kiçik dağıntı ilə başlayır.
Hər saniyənin böyük izlər qoyduğu bu dünyada yeganə dayanmaz obyekt düşüncələrdir.
Xeyiri də, şəri də, yaxşılığı da, pisliyi də, sevinci də, kədəri də…
Düşünmədən addım atılmır. Hər addım da bir saniyədir.
O addım ölüm qapısına atılsa, düşüncələr də sona çatır.
Zaman dayanır.
Həyatda yaşayanların saniyələri isə verilən ömrün illərinə çevrilir - sevinc, kədər, əziyyət, xoşbəxtlik dolu illərə…




Oxşar xəbərlər