Xəbərlər
Şəhər Günümüz mübarək, əziz İsmayıllılılar!
Əziz İsmayıllı sakinləri!
Sizi İsmayıllı rayonunun yaranmasının və Şəhər Gününün qeyd olunması münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
İsmayıllı sadəcə coğrafi məkan deyil, zəngin tarixi, əsrarəngiz təbiəti, qədim mədəni irsi, adət-ənənələri və ən əsası, bu torpağa bağlı zəhmətkeş insanları ilə seçilən doğma diyardır. Bu əlamətdar gün rayonumuzun keçdiyi inkişaf yolunu, onun tərəqqisinə töhfə vermiş insanların əməyini və İsmayıllıya olan sevgimizi bir daha xatırladır.
Bu gün İsmayıllı özünəməxsus təbii gözəllikləri, turizm potensialı, kənd təsərrüfatı ənənələri və müasir inkişafı ilə ölkəmizin seçilən bölgələrindən biridir. Dövlətimizin diqqət və qayğısı sayəsində rayonda həyata keçirilən genişmiqyaslı layihələr, yol və infrastrukturun yenilənməsi, təhsil və sosial obyektlərin tikintisi, abadlıq-quruculuq işləri İsmayıllının simasını gündən-günə dəyişir, onun inkişafına yeni imkanlar qazandırır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, regionların sosial-iqtisadi inkişafına göstərilən xüsusi diqqət və qayğı İsmayıllının da tərəqqisində mühüm rol oynayır. Bu siyasətin nəticəsi olaraq rayonumuzda yeni layihələr həyata keçirilir, yaşayış məntəqələrinin infrastrukturu yaxşılaşdırılır, sakinlərin rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
İnanırıq ki, İsmayıllının ən böyük sərvəti olan insanlarımızın zəhməti, birliyi və doğma torpağa bağlılığı bundan sonra da rayonumuzun inkişafına güc verəcək. Qarşıdakı illərdə İsmayıllı daha da abadlaşacaq, gözəlləşəcək və ölkəmizin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir.
Əziz İsmayıllı sakinləri!
Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət, doğma rayonumuzun inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

#Azərbaycan #İsmayıllıRİH #İsmayıllı95