Xəbərlər
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
Xəzər dənizində küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xəzər dənizinin akvatoriyasında müşahidə olunan güclü küləyin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Proqnoza əsasən, noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləkləri əsəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi ehtimal olunur.
Dalğaların hündürlüyünün 2,5-3,5 metr olacağı, sonrakı saatlarda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.
















