Abbas Bağırov,
Tibb üzrə fəlsəfə doktoru, ələsgərşünas alim

15 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında tədqiqatçı-jurnalist Araz Yaquboğlunun müəllifi olduğu “Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında kitabın Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Aşıq Nəcəfin faciəli taleyinin Göyçə mahalında azərbaycanlıların üzləşdiyi tarixi hadisələrin bir hissəsi olduğunu qeyd edərək, belə nəşrlərin milli-mədəni irsin qorunmasına və tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət etdiyini bildirib.
Kitabın müəllifi, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Araz Yaquboğlu nəşrin hazırlanması və apardığı araşdırmalar barədə məlumat verib. O bildirib ki, Daşkəndli Aşıq Nəcəf Dədə Ələsgərin sevimli şəyirdlərindən biri olub, ifaçılığı və ustadlığı ilə Azərbaycan aşıq sənətində mühüm yer tutub.
Müəllifin sözlərinə görə, 1919-cu ildə Göyçə mahalında baş verən faciəli hadisələr zamanı Aşıq Nəcəfin beş oğlu ilə birlikdə amansızlıqla qətlə yetirilməsi sənətkarın şəxsi taleyindən kənara çıxaraq xalqın tarixi yaddaşında dərin iz qoyub. Kitabda Aşıq Nəcəfin həyat və yaradıcılığı, aşıq sənətinə verdiyi töhfələr və faciəli taleyi ilə bağlı məlumatlar toplanıb. Nəşrin əsas məqsədi sənətkarın irsini araşdırmaq, onun adını və yaradıcılığını yaşatmaqdır.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı Zahid Oruc çıxışında saz-söz sənətinin milli yaddaşın qorunmasındakı rolundan danışıb. O, “Sındırılmış saz, yandırılmış aşıq” kitabının yalnız bir sənətkarın taleyini deyil, həm də xalqın tarixi yaddaşını və mədəni irsini əks etdirdiyini bildirib. Zahid Oruc Aşıq Nəcəfin həyat hekayəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında Aşıq Nəcəfin irsinin folklorşünaslıq və aşıqşünaslıq baxımından öyrənilməsinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, bu cür tədqiqatlar sənətkarların yaradıcılığının elmi dövriyyəyə daxil edilməsinə və xalq yaddaşında yaşadılmasına imkan yaradır.
Tibb üzrə fəlsəfə doktoru, ələsgərşünas alim Abbas Bağırov Aşıq Nəcəfin Dədə Ələsgər məktəbi ilə bağlılığının onun sənətkar kimi formalaşmasında mühüm rol oynadığını bildirib. O, ustad-şəyird ənənəsinin Azərbaycan aşıq sənətinin qorunub saxlanılmasında və inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Qələndər Canbaxışov çıxışında Aşıq Nəcəfin həyatının və faciəli taleyinin tarixi yaddaş baxımından əhəmiyyətini qeyd edib. O, sənətkarın adının və irsinin yaşadılmasının Qərbi Azərbaycanın mədəni irsinin qorunmasının mühüm tərkib hissəsi olduğunu bildirib.
AMEA Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova Aşıq Nəcəfin yaradıcılığının folklor irsindəki yerindən danışıb. O, sənətkar haqqında aparılan tədqiqatların və bu kitab kimi nəşrlərin Azərbaycan aşıq sənətinin zənginliyinin daha geniş tanıdılmasına xidmət etdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəsi, Daşkənd kənd İcmasının sədri Fəzair Piriyev Aşıq Nəcəfin Daşkənd kəndinin və Göyçə mahalının tarixi-mədəni yaddaşındakı yerinə diqqət çəkib. O, görkəmli sənətkarın adının yaşadılmasının doğma yurdun tarixi və mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından vacib olduğunu bildirib.
Tədbirdə Aşıq Nəcəfin həyat və yaradıcılığının araşdırılması, onun sənət irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məsələləri ətrafında fikirlər səsləndirilib. Çıxışlarda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığının tədqiqinin, onların irsinin qorunmasının və tarixi həqiqətlərin yaşadılmasının əhəmiyyəti vurğulanıb.
Kitabın müəllifi Araz Yaquboğlu Aşıq Nəcəfin irsinin tədqiqi və nəşrin hazırlanması istiqamətində gördüyü işlərə görə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tərəfindən fəxri fərmanla təltif edilib.
Sonda Aşıq Xanlar Xəlilovun saz ifası dinlənilib.
Tədbir iştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.






















Son xəbərlər

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031