(Yaqub Abbasov yaradıcılığında təbiət mövzusu..)


Söz insan ruhunun yazılı şəkildə təcəssümü, özünü ifadə vasitəsidir..Söz yükdür, danışdıqca yüngülləşirsən..Söz Tanrının verdiyi, bitib tükənməyən mənəvi sərvətidir ..Belə bir mənəvi sərvət sahibi olan müəllim, ixtiraçı, şair, sədaqətli dost, gözəl ailə başçısı Yaqub Abbasovun könül duyğularının qonağı olmağın özü də Tanrı işidir..
Yaradıcılığında Ağbulaq nisgili, Ağbulaq həsrəti misra- misra onu izləyir.. Uzun illər ayrı düsdüyû kəndi, uşaq vaxtı gəzib dolandığı füsunkar çəmənlikləri, dağları, yaşıl meşələri üçun qəribsəyəndə yeganə ümidi qələm, kağız olub şairin . Qürbət ellərdə ömür sürməyi, doğma yurdundan ayrı yaşamağı, qəribçilik şairin söz dünyasında da özünü çox qabarıq şəkildə biruzə verir. Onun şeirləri çoxdur, vətənpərvərlik, sevgi, dostluq, ata, ana məhəbbəti, yurd, kənd həyatı, dağlarla bağlı şeirlər insanı bir anlıq Goyçəyə, Ağbulağa aparır.
Amma məni onun təbiətlə baglı şeirləri, o təbiətin qoynunda həsrət - həsrət bitən, boylanan nərgizi, bənövsəsi, güləbətini çəkdi...
Göyçə həsrətli şeirlərinin birində şairin könül duyğularının nə qədər kövrək olduğunun şahidi oluruq ...

Axşam Seyidlərdən tökülür naxır,
Günəş qızılını Kəməndə yaxır.
Gözlərim bərq vuran sulara baxır,
Dönür bəndlərimdə sətirə Göyçə.


Şeirinin sətrində Göyçəyə xəyalən qonaq olan şairin ağrılarını duymamaq olmur;

Azon ətri verir bulud nəfəsi,
Salavat istəyir ildırım səsi.
Donan gölməçələr dolab şüşəsi,
Çalışır payızı bitirə, Göyçə.
deyir..

Ruhunu sərhəd tanımayan qərib quşa bənzətməsi də səbəbsiz deyil...

Baharı cənnətdi, boranı xoşdu,
Xatirələr gəldi, ilhamım coşdu.
Ruhum sərhəd bilməz bir qərib quşu,
Tanrı qucağına yetirə, Göyçə!
söyləyir..


Hər sətrində yurdunun daşı, qayası üçün darıxdığını aydın şəkildə biruzə verən Yaqub Abbasov ötən gəncliyi, qayğısız illəri üçün darıxdığını şeir diliylə belə yazır:

Yaman darıxmışam qışından ötrü,
Qar örtən dağların döşündən ötrü.
Qoyduğum on səkkiz yaşından ötrü
Verərdim, qalanı itirə Göyçə.


Rahatlığinı, can borcunu tək bircə Göyçə adına qurban verməyə hazır olan şairin saf duyğuları oxucuda maraq doğurur:

Demirəm Yaqubun saldın yadına,
Yananlar tək deyil vətən oduna.
Varlığım qurbandır, Göyçə, adına,
Alıb qucağında yatıra Göyçə.


Yaqub Abbasovun yaradıcılığında çiçək, gül, mövzusu bir başqa ovqat yaradır.. Onun bənövşə şeiri yazılan bənövşə şeirindən fərqlidir..

Sazağın zülmüdür, əyib qəddini,
İncəsən, sınarsan, tanı həddini.
Şaxta dağ çəkibdir, kol sərhəddini,
Nə çətin çıxırsan yaza, bənövşə?!


Oxuduqca şairin canlı detallarla poetik obrazlar yaratdığını şahidi olursan..
Hər bəndində məna, məzmun gizlənən şeirdə bənövşənin dərilərək sevdiyinə verilməsini vurğulayaraq, həm də aşıqlar dilində nəğməyə döndüyünü yazır:


Görən sevdiyini yadına salar,
Küsənlər səninlə könlünü alar,
Bir qatar söz desəm yadigar qalar,
Aşıqlar bağlayar saza, bənövşə!


Çəmənindən ayrı düşərək, bir kol dibini özünə məskən seçən bənövşənin gözəlliyini nəzərə çatdirır müəllif..bəlkə də çəmənindən ayrı düşməyin səbəbi sonsuz gözəlliyə malik olmasıdır ki, onu da şeirin bəndində belə oxuyuruq;

Talemi oxşatdı bir yetim qıza,
Tanrımı yazmadı çəmənə, düzə?
Bədnəzər görməsin, gəlməsin gözə,
Çıxmayır çığıra, izə, bənövşə!
dedi..


Bənovşə şeirinin son bəndi çox təsirlidir..Xəyalındakı Göyçədə bitən bənövşələrin məzarını bəzəməsi də yurd məhəbbətindən, el həsrətindən qaynaqlanır və oxucunu kövrəldir;

Ayrıla bilmədim gözü dolmamış,
Titrək gərdəninə nəzər salmamış.
Yaqubun ömrünə bir şey qalmamış,
Qərib məzarını bəzə, bənövşə!


Əl boyda bir çiçəyə bu qədər inanmaq, ona könul açmaq, dərdini deməyin özu də bir inamdır, etibardır..Bəzən cansız bir çiçək bir ömür sirrini saxlayır..insandan etibarlı, vəfalı olur..onunla dərdləşə, sohbətləşə bilirsən..
Bu qəbildən şairin növbəti "Güləbətin"şeiri nəzərimi cəlb etdi.
Guləbətin adı mənə çox doğma olduğundan bu şeir ruhumu daha çox çəkdi.Yaddaşımı varaqladıqca anamın əlində tikdiyi tikmələr, kətan parça üzərində saldığı göz oxşayan gül şəkilləri gözümün önünə gəldi.Soruşanda bu gülün adı nədi, güləbətindi deyərdi anam...Güləbətin həm də incə, zərif qadın adı deməkdi..
Ömrü az olan bənövşədən sonra açan güləbətinə üz tutaraq şair yazır:

Bənövşə, nərgizin soldu ləçəyi,
Necədir çəməndə hal, güləbətin?
Duruşu, baxışı nazlı gəlindir,
Bürünüb məxməri şal güləbətin!


Şeirin ikinci bəndini oxuduqca onun gümüşü telindəki şehi aydın görürsən;

Üzünü gizlədir, gec oyanıbdı,
Gümüşü telində şeh dayanıbdı.
Çevirib rənginə, şux boyanıbdı,
Təpələr, dərələr, yal, güləbətin!

Şairin kövrək qəlbli onu yerdən üzməyə belə qiymır;

Vurğunam nazına, mayadan gözəl,
Qamətin abırdan, həyadan gözəl.
Yatan ilhamımı oyadan gözəl,
Qıymadı qopara əl, güləbətin!


Çəmənin xalısı, gəvəsi, hər türlü gözəlliyi olan güləbətinin ətrini duyursan sanki...

Döşədin hər yana məxmər gəvəni,
Əliboş qoymadın səni sevəni.
Azalmır başından arı şivəni
Ətrini daşıyır bal, güləbətin!


Yenə də Gıyçə həsrəti çiçəyin ətrinə qarışıb kövrək duyğularla ruha hopur:

Yaqubun bəxtidi, seçdi qürbəti,
Vəfalı aşiqdi unutmaz qəti,
Rənginə qarışıb Göyçə həsrəti,
Düşəndə yadına sal, güləbətin!


Təbiət mövzusu Yaqub Abbasovun yaradıcılığının ana xəttidir..O üzdən də yuxarıda bəhs etdiyim çicəklərlə yanaşı, nərgiz çiçəyinin də öz yeri var.
Nərgiz çicəyinə şairlər çox şeirlər yazıblar..Y.Abbasovun nərgiz şeiri də tam başqa bir gözəllikdədir..Zərif bir çiçəyin qışda qar yağan vaxtı çiçəkləməsi məni də valeh etmişdi, hətta bu qədər bir zərif çiçəyin qarda gül açmasına heyrətlənmişdim və yazmışdım ki..

Qışın ortasında çiçəkləyibsən,
De, hardan almısan dözümü, nərgiz? (Ə.A)
poetik sualını vermişdim nərgizə..
Yaqub Abbasov nərgiz şeirində yazır:
Bahar nəfəs verdi, apardı qarı,
Oyan, kipriyini arala, nərgiz!
Sənə həsrət qalan, hüsnünə heyran,
Əriyər sarala- sarala, nərgiz!


Aran yerlərində bir başqa rəngdə, dağ yerində sarı və qeyri rənglərdə bitən nərgizə üz tutaraq dağlar qara rəngdən bezdi daha, gəl sarı rənginlə dağı, daşı bəzə deyir şair:

Sellər yarğan açıb ötdü dərədən,
Bahar yazdı bəxtə ulu Yaradan.
Yaşıl atlas geydi, bezdi qaradan,
Dağda sarı rəngin yer ala, nərgiz!


Bənövşənin qısa ömründən kədərləndiyini və bu sıranın pozulmamasını arzulayan şair tez gəl güllərin sırasın təzələ deyir nərgizə:

Bənövşə şad etdi neçə göyçəyi,
Bahar yaşamadi, sözün gerçəyi.
Ötdü qısa ömrü, soldu ləçəyi,
Zamandı, dəstəni sırala, nərgiz!


O qədər incəliklə həssas məqamlara toxunaraq şair yazır;

Yağiş sığal çəksin, dolu döyməsin,
Quzu tapdamasın, maral qıymasın.
Naşı gendə gəzsin, əli dəyməsin,
Yar dərə, yar verə, yar ala, nərgiz!


Nərgizin ətrini bütün ətirlərdən, çiçəklərdən üstün bilən, onu xaqana, xurala bənzədən şairin kövrək və duyan qəlbimin incəliklərini görûruk..

Ətrinə tay yoxdur ətir içində,
Adın Günəş nuru, sətir içində.
Yaqub həsrət çəkir, yatır içində,
Bənzədir xaqana, xurala, nərgiz!


Mən bu yazını hazırlayarkən ruhuma uyğun olan dörd şeirdən söbbət açdim, amma ürəyinin, könlünün gözüylə təbiətə vurğun olan dəyərli şair Yaqub Abbasovun söz dünyasında, poeziyasında yazılacaq, təhlil olunacaq maraqlı şeirlər çoxdur..Odur ki, Ulu Yaradandan vaxt, möhlət istəyək ki, bir də onun yaradıcılığına müraciət edə bilək..
Mən inanıram ki, ədəbi mühitdə, poeziyamızda, ədəbiyyatımızda Yaqub Abbasovun imzası qalacaq, oxucuları onun könül duyğularını sevə- sevə oxuyacaqlar..Sizə can saglığı, yaradıcılıq uğurları arzulayıram Yaqub müəllim.
Səmimiyyətlə:
GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...
ƏZİZƏ AHAHÜSEYNQIZI
15.10.2026

Son xəbərlər

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031