Xəbərlər
10.10.2026, 14:01
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.
Müvafiq normativ akt oktyabrın 10-da hökumətin rəsmi “Resmi Gazete”sində dərc olunub.
Yeni qaydalara əsasən, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcək. 15–18 yaş arası yeniyetmələr üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik rejimi tətbiq etməlidir. Mövcud hesablar üzrə yaş təsdiqinin 2027-ci il martın 31-dək tamamlanması nəzərdə tutulur.
Yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyələri məhdudlaşdırılacaq. Platformalara həmçinin azyaşlı istifadəçilərin məlumatları əsasında digər hesabları tövsiyə etmək və onların profillərini başqa istifadəçilərə təklif etmək qadağan ediləcək.
Bundan əlavə, sosial şəbəkələr uşaqların hesablarını telefon və əlaqə siyahıları, elektron poçt kitabçaları, eləcə də digər platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdıra bilməyəcək.
Yeni qaydalar platformaları valideynlər və qəyyumlar üçün xüsusi nəzarət alətləri yaratmağa da məcbur edir. Bu vasitələrlə hesablar, istifadə müddəti, geolokasiya, ödənişli əməliyyatlar və digər funksiyalar idarə edilə biləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


