Xəbərlər
10.10.2026, 01:57
Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı
Psixiatr Havyer Kintero beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edən qidaların siyahısını açıqlayıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mütəxəssis bu barədə “El Confidencial” nəşrinə müsahibəsində bildirib.
Kinteronun sözlərinə görə, beynin ilk növbədə müntəzəm olaraq B9 vitamininə ehtiyacı var. Bu vitamini yaşıl yarpaqlı tərəvəzlər, mərci, qulançar və avokadodan əldə etmək mümkündür. İkinci növbədə vacib element isə B6 vitaminidir. Bu maddə hinduşka əti, noxud, banan və püstədə bol miqdarda tapılır.
Həkim əlavə edib ki, beynin düzgün işləməsi üçün D vitamininin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır. Bunun üçün skumbriya və qızılbalıq kimi yağlı balıq növlərinə üstünlük verilməlidir.
Orqanizmi B12 vitamini ilə təmin etmək üçün isə psixiatr süd məhsulları, dəniz mollyuskaları və mal əti yeməyi tövsiyə edib.
Mütəxəssis yumurtanı beyin üçün ən ideal qida adlandırıb, çünki onun tərkibində qeyd olunan bütün faydalı maddələr mövcuddur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


