Turaztv.az » Xəbərlər » Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO
Xəbərlər

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

11.09.2026, 00:56 9

2-ci Vətən müharibəsi şəhidi: İmişli(Qulubəyli) Abbas Şahbazlı Cavad oğlu(13.11.1996-05.10.2020 )

O, adını-sanını gənc yaşda uca etdi,
Düşmənin tanklarını, ordusunu məhv etdi,
Dərdimiz Qarabağı yağıdan azad etdi,
Qalib şəhid atası, çalış, başını dik tut!

Susmayan hünəriylə uca zirvələrdədir,
Dalğalanır bayrağı, o əmin əllərdədir,
Öz cəsur duruşuyla hər zaman dillərdədir,
Qalib şəhid atası, çalış, başını dik tut!

Otuz illik qaranlıq gecəyə işıq saldı,
Qar-boranlı o dağlar çiçəklərə boyandı,
Bu dünya fani dünya, o, bil, cənnət qazandı,
Qalib şəhid atası, çalış, başını dik tut!

Oxşar xəbərlər