Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib.

Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu üzv kimi iştirakından, region ölkələri ilə siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən danışıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olub. Dövlət başçısı bu tarixi qərarı yekdilliklə dəstəklədiklərinə görə həmkarlarına təşəkkür edib. O, xüsusilə Türkmənistanın və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü yüksək qiymətləndirib. Prezident bildirib ki, Qurbanqulu Berdiməhəmmədov ötən ilin avqustunda Avazada Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması təşəbbüsü ilə çıxış edib. İlham Əliyev Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağı nümayiş etdirir.
Prezident Füzuli şəhərində məscidin tikintisini də xüsusi qeyd edib. Bildirib ki, məscidin təməli ötən il Qurbanqulu Berdiməhəmmədovla birlikdə qoyulub. Dövlət başçısı bu təşəbbüsü qardaş Türkmənistanın Azərbaycana hədiyyəsi, xalqlar arasında dostluq və mənəvi yaxınlığın daha bir nümunəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. İlham Əliyev bu dəstəyi yüksək qiymətləndirərək bildirib ki, qardaş ölkələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter aldığı bildirilib. Bununla yanaşı, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir.
Dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.
İlham Əliyev Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını diqqətə çatdırıb.
Prezident bildirib ki, bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Onun fikrincə, həmin vəsaitlərdən birgə layihələrin reallaşdırılması, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün daha fəal istifadə edilməlidir.
“Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyatdır. Prezident İlham Əliyev Xəzər dənizinin ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Xəzərin hər iki sahilində yaradılan nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra isə beynəlxalq bazarlarla birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturunun inkişafına, dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına böyük sərmayələr yatırdığı qeyd olunub.
Dövlət başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Əsas məqsəd marşrutların daha səmərəli və rəqabətqabiliyyətli hala gətirilməsidir. Çıxışda “Rəqəmsal İpək Yolu” layihəsinə və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlərə də toxunulub. İlham Əliyev Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını bildirib. Qeyd olunub ki, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə daha təxminən 20 faiz artıb. Prezident energetikanı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qeyd edib. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynadığı bildirilib. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunduğu və bu daşımaların həcminin artdığı diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın da genişləndiyi vurğulanıb. Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparır. İlham Əliyev bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat layihələri ilə məhdudlaşmır. Prezidentin sözlərinə görə, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan bütün nailiyyətlərin təməlidir. Dövlət başçısı vurğulayıb ki, məhz bu amillər Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, eləcə də qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinin əsas təminatıdır. Beləliklə, Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin siyasi dialoqdan iqtisadi inteqrasiyaya, nəqliyyat bağlantılarından enerji əməkdaşlığına qədər geniş spektri əhatə edən strateji tərəfdaşlıq mərhələsinə keçdiyi mesajı ön plana çıxıb.
Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq dərinləşir
NƏHAYƏT ŞİRİNOVA,
ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Son xəbərlər

Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir

Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq dərinləşir

Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında - FOTO

Vətən qızı Brilyant Atəş : Bayatılar - FOTO

Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031