"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı  "Şahənşah" restoranında keçirildi - FOTOLAR

Oktyabr ayının 4-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı, möhtəşəm görünüşü ilə şəhərə gözəllik verən "Şahənşah" restoranında keçirildi.

Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. Öncə məclis iştirakçılarını salamladı və tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Yığıncaqda ilk olaraq söz məclisdə ilk dəfə iştirak edən, AYB- nin üzvü, "Aşıq Pəri" məclisinin sədr müavini, çox istedadlı şair Südabə İrəvanlıya verildi. Şair belə bir məclislərin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra şeirlərindən səsləndirdi. Məclisdə şirin ləhcəsi ilə, hər kəsin könlünü oxşayan, Xəzər bölməsinin üzvü tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya söz verildi.O da kövrək duyğularla yazdığı qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz dəyərli insan, iki "Divan" müəllifi, tanınmış bəstəkar, şair- qəzəlxan Hüseyn Sözlüyə verildi. Qocaman şair ədəbiyyatda keçdiyi həyat yolundan danışıb, qəzəlllərindən bir neçəsini səsləndirdi. Şairlər belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən, poeziyada olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdılar. Məclisdə hər misra sətir- sətir təhlil edildi. Şeirlərin müzakirəsində hər bir şair yaxından iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən, maraqlı müzakirələrdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.




Turaztv.az

Son xəbərlər

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Yubileyi günü vəzifəsinin icrasına başladı

Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Bu vətəndaşların kredit borcu silinəcək

Ramil Usubovun ailəsində - Ağır itki

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb

Sabah Bakıya və rayonlara yağış yağacaq

Qəzənfər Məsim oğlu : MÜƏLLİMİM - FOTO

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031