Xəbərlər
28.09.2026, 22:49
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Təxminən 90 min əhalisi olan kiçik Avropa dövləti Andorra işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və xarici vətəndaşları fəal şəkildə işə cəlb etməyə başlayıb. Bəzi sahələrdə orta əməkhaqqı 5000 avroya yaxınlaşır.
Fransa ilə İspaniya arasında yerləşən Andorra yüksək həyat səviyyəsi, nisbətən aşağı vergilər və Avropa ortalamasından yüksək maaşları ilə seçilir.
2026-cı ilin mayında ölkədə orta aylıq əməkhaqqı 2760 avroya çatıb. Bu göstərici bir il ərzində 7,7 faiz artıb.
Maliyyə sektorunda orta aylıq gəlir təxminən 4972 avro, enerji sahəsində isə 3608 avro təşkil edir. Otel və restoran sektorunda orta maaş 2152 avroya, kənd təsərrüfatında isə təxminən 2000 avroya çatır.
Andorrada xüsusilə səhiyyə, təhsil, yaşlılara və xəstələrə qulluq, məişət xidmətləri və ictimai nəqliyyat sahələrində işçi çatışmazlığı hiss olunur.
Turizm sektorunda da çox sayda vakansiya mövcuddur. 2026-cı ildə ölkə hakimiyyəti mehmanxana və restoranlarda işləmək üçün əlavə iş icazələri ayırıb.
Ən çox tələbat olan peşələr arasında ofisiantlar, mehmanxana otaqlarının təmizliyi ilə məşğul olan işçilər və aşpazlar yer alır.
Xaricdən işçi cəlb etmək məqsədilə Andorra yeni pilot proqram da həyata keçirəcək. 2026-cı ilin dekabrından 2027-ci ilin avqustuna qədər olan dövr üçün 450 iş icazəsinin verilməsi nəzərdə tutulur.
Bu proqramın ölkədə işçi çatışmazlığını azaltmağa və ənənəvi turizm mövsümündən kənar dövrdə də turizm sektorunun fəaliyyətini dəstəkləməyə kömək edəcəyi gözlənilir.
Məlumata görə, xarici işçilərə də sosial təminatlar verilir. İş həftəsi 40 saat təşkil edir, işçilər ildə 30 gün məzuniyyət hüququna malikdirlər və CASS sosial müdafiə sistemi ilə əhatə olunurlar.
İşçinin sosial sığorta ödənişi 6,5 faiz təşkil edir.
İllik gəliri 24 min avroya qədər olan şəxslərdən gəlir vergisi tutulmur. Ölkədə gəlir vergisinin maksimum dərəcəsi isə 10 faizdir.
Andorra Avropa İttifaqının üzvü deyil. Buna görə də xarici vətəndaşların ölkədə işləməsi üçün iş icazəsi alması tələb olunur.
Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün prosedurlar daha sadədir. Fransa, İspaniya və Portuqaliya vətəndaşları isə ikitərəfli razılaşmalar sayəsində əlavə üstünlüklərə malikdirlər.
Qeyd edək ki, Andorranın paytaxtı Andorra-la-Velya Avropanın ən yüksəklikdə yerləşən paytaxtlarından biridir. Şəhərdə nə hava limanı, nə də dəmir yolu stansiyası var.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay