Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində 26-28 oktyabr tarixlərdə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər.

Tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Sentyabrın 27-də Konqres çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "Ətraf mühitə təsir edən cinayətlərə qarşı mübarizədə qalib gəlmək: vədlərdən nəticələrə doğru" mövzusunda yüksək səviyyəli xüsusi tədbir keçirilib.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru xanım Monica Juma, İNTERPOL-un direktoru Lucas Philippe, Fransa Respublikasının Ədliyyə naziri Gerard Darmanin və BƏƏ Daxili işlər nazirliyinin Baş İdarə rəisi xanım Dana Al Marzouqinin də panelçi qismində qatıldığı tədbirdə ətraf mühit sahəsində mütəşəkkil cinayətkarlıq və korrupsiya, vəhşi təbiətə qarşı cinayətlər, meşə cinayətləri, qanunsuz mədən hasilatı, tullantıların qanunsuz dövriyyəsi, çirklənmə və balıqçılıq sahəsində cinayətlərlə mübarizədə mövcud çağırışlar müzakirə edilib. Bu sahədə hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin, əməli əməkdaşlığın, qabaqcıl təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Vüqar Əliyev ətraf mühitə təsir edən cinayətlərin transmilli xarakter daşıdığını qeyd edərək, bu növ cinayətkarlığa qarşı mübarizədə dövlətlər və beynəlxalq təşkilatlar arasında praktiki əməkdaşlığın genişləndirilməsinin, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və müasir texnologiyalardan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Tədbirin yekununda "Ətraf mühitə təsir edən cinayətlər üzrə Əbu-Dabi Fəaliyyətə Çağırışı 2026" təşəbbüsü təqdim olunub. Könüllü xarakter daşıyan təşəbbüs ətraf mühitə təsir edən cinayətlərin qarşısının alınması və onlara qarşı mübarizənin ortaq beynəlxalq prioritet kimi təşviq edilməsini, dövlətlər, beynəlxalq və regional təşkilatlar, hüquq-mühafizə orqanları və digər tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930