Xəbərlər
28.09.2026, 14:41
Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Fərəhdən ürəyim dönübdür dağa.
Təpədən dırnağa, başdan ayağa
Qələm adamıyam, söz adamıyam.
Dərdə məlhəm ollam şirin səsimlə,
Ruha qida verrəm bircə əsimlə,
Qışı yaz eylərəm od nəfəsimlə,
Ocaq adamıyam, köz adamıyam.
Bir tərəfim Araz, bir tərəfim Kür,
Vüqarım önünündə düşmən diz çökür.
Allahım qamət də verib, min şükür,
Baxana xoş gələn göz adamıyam.
Dünyadan böyükdü dostlara sevgim,
Fərq etməz şairdi, ya da ki, həkim.
Məni yad bilməsin özünə heç kim
Yaxşı adamların öz adamıyam.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

