Novruzəli Aslanov
Milli Məclisin deputatı

“2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının əsrlər boyu formalaşan azadlıq iradəsinin, milli ləyaqətinin və Vətən sevgisinin ən parlaq təzahürlərindən biri kimi tarixə yazıldı. Bu müharibə 44 gün davam etsə də, onun siyasi, mənəvi və tarixi nəticələri bütöv bir dövrün taleyini dəyişdi. 27 Sentyabr – Anım Günü isə həmin şanlı yolun ən müqəddəs simvollarından biri olaraq xalqımızın yaddaşına əbədi yazıldı. Vətən müharibəsinin ilk günündən Azərbaycan cəmiyyətində misilsiz birlik hökm sürürdü. Müxtəlif yaşda, peşədə və dünyagörüşündə olan insanlar vahid məqsəd ətrafında birləşmişdilər: işğala son qoymaq, torpaqlarımızı azad etmək və tarixi ədaləti bərpa etmək. Döyüş meydanında Azərbaycan əsgəri irəliləyir, arxa cəbhədə isə bütün xalq ona mənəvi dayaq olurdu. Bu, sadəcə ordu ilə xalqın həmrəyliyi deyildi. Bu, milli iradənin bir yumruğa çevrilməsi idi.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Məhz həmin birliyin Azərbaycanın Qələbəsini təmin edən əsas mənəvi dayaqlardan biri olduğunu vurğulayan millət vəkili daha sonra bunları deyib: “Vətən müharibəsi göstərdi ki, dövlətin gücü təkcə silahlanma və hərbi texnika ilə ölçülmür. Dövlətin əsl qüdrəti xalqın öz dövlətinə olan inamında, milli məqsədlər uğrunda səfərbər olmaq bacarığında və çətin məqamda vahid mövqedən çıxış etməsində özünü göstərir. 44 gün ərzində Azərbaycan xalqı dünyaya məhz belə bir birlik nümunəsi nümayiş etdirdi. Döyüş meydanında isə qəhrəman əsgər və zabitlərimiz öz adlarını müasir tariximizin ən şərəfli səhifələrinə yazdılar. Onlar hər bir əməliyyatda peşəkarlıq, cəsarət və yüksək mənəvi ruh nümayiş etdirdilər. Azad edilən hər bir kənd, qəsəbə, şəhər və strateji yüksəklik Azərbaycan Ordusunun gücünü və hərbçilərimizin fədakarlığını təsdiqləyirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması, nəhayət, Şuşanın azadlığı Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrinə çevrildi. Şuşanın azad edilməsi xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Azərbaycanın mədəniyyət paytaxtının azad olunması yalnız hərbi qələbə deyildi. Bu hadisə xalqın mənəvi yaddaşına, tarixi köklərinə və milli kimliyinə qayıdışın rəmzinə çevrildi. Şuşa uğrunda qazanılan Qələbə Azərbaycanın Vətən müharibəsindəki tarixi üstünlüyünü daha da möhkəmləndirdi və Ermənistanı kapitulyasiya xarakterli sənədə imza atmağa məcbur etdi. 44 günlük müharibə zamanı əldə olunan nəticələr sonrakı siyasi proseslərdə də Azərbaycanın mövqelərini gücləndirdi. Döyüş meydanında qazanılan Qələbə diplomatik müstəvidə davam etdirildi və Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Vətən müharibəsində əldə olunan tarixi nəticələr yalnız hərbi əməliyyatların yekunu ilə məhdudlaşmadı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni siyasi reallıq yaratdı. Bu tarixi Zəfərin arxasında isə şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Onlar Vətənin azadlığı naminə ən qiymətli varlıqlarını – həyatlarını fəda etdilər. Azərbaycan xalqı onların qəhrəmanlığını heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı. Bu sözlər yalnız Qələbənin siyasi nəticəsini deyil, həm də xalqın uzun illər daşıdığı ədalət arzusunun gerçəkləşməsini ifadə edir. 27 Sentyabrda Azərbaycan xalqı şəhidlərinin ruhu qarşısında baş əyərək onları böyük ehtiramla yad edir. Ancaq Anım Günü yalnız hüzn günü deyil. Bu tarix həm də milli qürurun, sarsılmaz iradənin və xalqın öz gücünə inamının günüdür. Şəhidlərimizin bizə bəxş etdiyi Zəfər Azərbaycan tarixinin əbədi sərvətidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Son xəbərlər

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bakıda Formula 1 rekordu

Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Fotolar

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Sevinc Yunuslu : Cənnət bağlarının alma dadları - FOTO

Novruzəli Aslanov: “Anım Günü həm də milli qürurun, sarsılmaz iradənin və xalqın öz gücünə inamının günüdür”

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930