Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi
Hər bir xalqın mənəvi dünyasını, onun tarixini, mədəniyyətini və elmini yaşadan, gələcək nəsillərə ötürən fədakar insanları vardır. Belə şəxsiyyətlər həm öz peşələrinin vurğunu olur, həm də qəlblərindəki vətən sevgisini qələmin gücü ilə əbədiləşdirirlər. Tanınmış pedaqoq, tədqiqatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü və oxucusu olduğunuz "Qızıl Zəngilan" jurnalının təsisçisi Tarverdi Abbasov məhz belə ziyalılardan biridir. Onun həm pedaqoji sahədəki çoxillik xidmətləri, həm də Azərbaycan ədəbiyyatına və publisistikasına bəxş etdiyi dəyərli əsərlər zəngin bir ömür yolunun bariz nümunəsidir.
Tarverdi Abbasov 1953-cü ildə qədim və füsunkar Zəngilan rayonunun Hacalı sovetliyinin Muğanlı kəndində dünyaya göz açmışdır. Onun elmə, biliyə olan marağı uşaq yaşlarından özünü büruzə vermişdir. İbtidai təhsilini doğma Muğanlı kənd ibtidai məktəbində alan Tarverdi müəllim, daha sonra orta təhsilini Hacalı kənd orta məktəbində davam etdirmişdir. Elə həmin illərdəcə daxilindəki yaradıcılıq qığılcımları parlamış, gələcəyin böyük yazıçısının ilk qələm təcrübələri formalaşmağa başlamışdır. 1970-ci ildə orta məktəbi uğurla bitirən gənc Tarverdi ali təhsil almaq arzusu ilə Bakıya yollanır və V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olur. 1974-cü ildə ali təhsilini başa vuraraq gənc riyaziyyat mütəxəssisi kimi təyinatla doğma yurduna – Zəngilana qayıdır.


Tarverdi Abbasov əmək fəaliyyətinə məzunu olduğu Hacalı kənd orta məktəbində riyaziyyat müəllimi kimi başlayır. Qısa müddət ərzində öz savadı, işinə məsuliyyəti və şagirdlərinə qarşı göstərdiyi səmimi münasibəti ilə kollektivin və kənd sakinlərinin dərin rəğbətini qazanır. Bir neçə il müəllim işlədikdən sonra onun təşkilatçılıq qabiliyyəti və pedaqoji məharəti yüksək qiymətləndirilir və o, 1987-ci ilə qədər həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışır. 1987-ci ildən etibarən Tarverdi müəllimin fəaliyyət dairəsi daha da genişlənir. O, Zəngilan rayon "MAARİF" şöbəsində inspektor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə çalışarkən rayonun təhsil sisteminin inkişafı, gənc müəllimlərin yetişdirilməsi və məktəblərdə tədrisin keyfiyyətinin artırılması üçün böyük əmək sərf edir. Onun maarifçilik missiyası təkcə düsturlar və tənliklərlə məhdudlaşmır, həm də gənc nəslin milli ruhda böyüməsinə xidmət edir.
Tarverdi Abbasovun daxilindəki söz sənətinə olan sevgi hələ məktəb illərindən coşub-daşırdı. İlk məqalələri və yazıları hələ gənc yaşlarında rayon qəzetində ardıcıl olaraq dərc edilirdi. Riyaziyyatın dəqiq məntiqi ilə ədəbiyyatın bədii təxəyyülünü özündə birləşdirən yazıçı, illər keçdikcə daha böyük layihələrə imza atmağa başladı. O, doğma yurdunun tarixini, insanlarını və ağrılı-acılı günlərini qələmə almağı özünə mənəvi borc bildi. Bu gün Tarverdi Abbasov 30-dan çox kitabın müəllifidir. Onun yaradıcılığı mövzu rəngarəngliyi, tarixi faktlara əsaslanması və bədii təsir gücü ilə seçilir. Yazıçının ilk fundamental addımlarından biri doğma yurdun təhsil tarixinə işıq salan "Zəngilanda bir məktəb vardı" və "Zəngilan rayonunun Bartaz kəndi və onun 100 yaşlı məktəbi" adlı əsərləridir. Bu kitablar bölgənin təhsil salnaməsini qoruyub saxlayan dəyərli tarixi sənədlərdir. Onun ən böyük və fundamental əsərlərindən biri Zəngilanın qurucularına, zəhmətkeş və fədakar insanlarına həsr olunmuş 5 cildlik "Qızıl Zəngilanın əşrəfi" adlı irihəcmli nəşridir. Bununla yanaşı, müəllifin "Zəngilan rayonunun tarixi abidələri" və xalqın inanc yerini, mənəviyyatını əks etdirən "Seyid Həsən Ağa ocağı" kitabları rayonun maddi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.

Tarverdi Abbasov həm də istedadlı bir romançı və nasirdir. Onun qələmindən çıxan romanların mərkəzində Azərbaycan xalqının ən ağrılı yeri olan Qarabağ müharibəsi, yurd həsrəti və bu müharibənin insan talelərində qoyduğu silinmez izlər dayanır. Müəllifin "Taleyin qısası", "Müharibənin qırdığı tələlər" və "Sönmüş məhəbbət alovu" romanları oxucuya müharibənin dəhşətlərini bədii boyalarla, həm də real faktlarla çatdırır. Bu əsərlərdə vətən sevgisi, itki ağrısı və intiqam hissi böyük ustalıqla təsvir olunmuşdur. Yazıçının povest janrındakı uğurları da diqqətəlayiqdir. Onun "Həbsxana tuneli", "Hiylə", "Oxşar sevgi", "Sevgi üsyanı", "Uçurumda qəza" kimi povestləri süjet xəttinin dinamikliyi və psixoloji dərinliyi ilə seçilir. Tarverdi müəllimin yaradıcılığı artıq yerli çərçivəni aşaraq beynəlxalq müstəviyə də qədəm qoymuşdur. Belə ki, onun böyük maraqla qarşılanan "Hekayələr" kitabı və Azərbaycan reallıqlarını fərqli prizmadan təqdim edən "Kabab ehsanı" povesti ingilis dilinə tərcümə olunaraq çap edilmişdir. Bu, Azərbaycan həqiqətlərinin və ədəbiyyatının dünya oxucusuna çatdırılması yolunda atılmış mühüm addımdır.

Tarverdi Abbasov bu gün də tükənməz yaradıcılıq enerjisi ilə doludur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ölkənin ədəbi-mədəni həyatında yaxından iştirak edir. Hazırda o, özünün təsisçisi olduğu və səhifələrini vərəqlədiyiniz "QIZIL ZƏNGİLAN" jurnalını nəşr etdirir. Bu mətbu orqan vasitəsilə Zəngilanın zəngin mədəniyyəti, tarixi, eləcə də Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad olunmuş torpaqlarının bugünkü böyük quruculuq və qayıdış salnaməsi işıqlandırılır. Tarverdi müəllimin əsərləri bu gün gənc nəslin nümayəndələri tərəfindən sevilə-sevilə oxunur. Onun yaradıcılığındakı vətənpərvərlik, torpağa bağlılıq və mənəvi saflıq ideyaları gənclər üçün əsl örnəkdir. Həm riyaziyyatın dəqiqliyini, həm də sözün qüdrətini ömrünə naxış edən Tarverdi Abbasov, zəngin ədəbi irsi, maarifçi fəaliyyəti və rəhbərlik etdiyi bu dəyərli jurnal vasitəsilə Azərbaycan ziyalılığının uca bir zirvəsində dayanmaqdadır.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB-nin və AJB-nin üzvü

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930