Xəbərlər
24.09.2026, 13:18
Sevinc Yunuslu : Cənnət bağlarının alma dadları - FOTO

Mən səndən küsmədim son ayrılıqda
Baharın payıza nazını etdim.
Yuyundu göz yaşım sübh namazında
Duanı gecənin uzunu etdim..
Ölsən torpağa da vermərəm səni
Bilirsən, mən buna and da içmərəm!..
Cənnət bağlarının alma dadları
Olsa, bir telindən belə keçmərəm..
Mənim sənə yolum payızdandısa
Qoy Tanrı göndərsin yağız atları..
Bəmbəyaz buludlu kağızdandısa
O sərçə dimdikli quş qanadları..
Sənin ürəyinin içi Lut çölü
Ömrün uzaq, uzaq Yakutlardadı..
Mənim sənsiz canım, kəfənsiz canım,
Hər gün çiyinlərdə , tabutlardadı..
Mən səndən küsmərəm, son ayrılıqda,
Dünyadan keçərəm, səndən keçmərəm..
Ölsən torpağa da vermərəm səni,
Bilirsən, mən buna and da içmərəm!..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


