Xəbərlər
24.09.2026, 13:50
Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb
Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.
Belə ki, hərbi-dəniz qüvvələrinin Aktaudan 43 kilometr məsafədə keçirilən təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa hərbi qulluqçuları dənizə aparıb. Hərbçilər arasında 15 matros, bir zabit və bir müqavilə ilə xidmət edən hərbi qulluqçunun olduğu bildirilir.
Axtarışlara dərhal dörd hərbi gəmi, Mi-8 vertolyotu, FHN qüvvələri cəlb olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


