Xəbərlər
24.09.2026, 03:06
Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Sən yoluma işıqsan.
Oxuyursan sevgidən,
Gör nə gözəl aşıqsan.
Mən dənizəm, sən liman,
Məndə sevgi dənizdir.
Mənə sənin ülfətin
Dünya qədər əzizdir.
Sənsiz keçən günlərim
Kədər üstə kədərdir.
Sən olmasan bu dünya
Bir heçlikdir, hədərdir.
Sən olmasan gün batar,
Bürünər aləm qəmə.
Ömrüm boyu yas tutar ,
Düşər könlüm matəmə.
Sən çiçəkli baharsan
Bəzə ömrün mülkünü.
Zülfiyyənin heç sənsiz
Olmasın tək bir günü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


