Novruzəli Aslanov
Milli Məclisin deputatı

“Azərbaycanın qarşıdakı sənaye inkişafında əsas məsələ təkcə daha çox xammal hasil etmək deyil, həmin xammalın ölkə daxilində mümkün qədər yüksək əlavə dəyərə çevrilməsidir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan Dövlət Proqramının mahiyyəti də məhz bu yanaşmanı ön plana çıxarır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın təbii resurslarını daha geniş istehsal zəncirinə daxil etməyə hesablanıb. Prezident İlham Əliyev çıxışında təbii resursların işlənməsi ilə yanaşı, istehsal zəncirinin tam yaradılmasının ölkə iqtisadiyyatını gücləndirəcəyini vurğulayıb. Çünki filizin xammal şəklində xarici bazara çıxarılması ilə onun ölkə daxilində zənginləşdirilməsi, emal edilməsi və son məhsula çevrilməsi arasında yaradılan iqtisadi dəyər baxımından ciddi fərq var. Yeni proqram həmin fərqi aradan qaldırmaq üçün sistemli mexanizmlər müəyyənləşdirir. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezidentin çıxışında parkın əsas məqsədinin dağ-mədən sənayesinin inkişafı olduğu qeyd edilir. “Daşkəsən” filiz yatağının istismarı və yaxın ərazilərdə həyata keçiriləcək layihələr burada vahid sənaye zəncirinin qurulmasına imkan verəcək. Filizin hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.”

Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.

Millət vəkili məhz belə yanaşma sayəsində sənaye sahəsinin ayrı-ayrı müəssisələrdən ibarət struktur kimi deyil, bir-biri ilə əlaqəli istehsal sistemi kimi formalaşmasına şərait yarandığını qeyd edib: “Xammalın çıxarılmasından son məhsula qədər ardıcıl prosesin ölkə daxilində təşkili həm istehsalın səmərəliliyini artırır, həm də yeni müəssisələrin yaranmasına stimul verir. Eyni zamanda, zəncirin müxtəlif mərhələlərində yeni iş yerlərinin açılması regionların iqtisadi fəallığını gücləndirir. Dövlət Proqramının təqdimatında əsas məqsədin daha çox xammal hasil etmək yox, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaq olduğu xüsusi vurğulanıb. Bu yanaşma müasir dünya iqtisadiyyatında gedən proseslərlə də səsləşir. Metala və strateji minerallara tələbatın artması ölkələr qarşısında yalnız resurslara sahib olmaq deyil, həmin resurslardan daha yüksək iqtisadi nəticə əldə etmək vəzifəsi qoyur. Azərbaycanın bu istiqamətdə mühüm üstünlükləri mövcuddur. Ölkənin enerji imkanları, formalaşmış nəqliyyat infrastrukturu, mövcud sənaye bazası və əsas nəqliyyat dəhlizlərinə çıxışı xammalın və hazır məhsulların bazarlara daşınması üçün əlverişli şərait yaradır. Orta Dəhliz üzərində yerləşmək isə məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir. Dəmir filizi ilə yanaşı, alüminium, mis və qızıl istiqamətlərinin proqramda əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir. Mövcud güclərin artırılması və yeni layihələrin icrası xammal bazası ilə emal sənayesi arasındakı əlaqələri daha da möhkəmləndirə bilər. Nəticədə Dövlət Proqramı Azərbaycanın mineral ehtiyatlarına münasibətdə yeni iqtisadi yanaşmanı ortaya qoyur: məqsəd yalnız yerin altındakı sərvəti çıxarmaq deyil, həmin sərvəti ölkə daxilində emal edərək daha böyük iqtisadi dəyərə çevirməkdir. Bu yanaşma ixrac imkanlarının genişlənməsinə, iqtisadiyyatın daha dayanıqlı strukturunun formalaşmasına xidmət edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Son xəbərlər

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bakıda Formula 1 rekordu

Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Fotolar

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Sevinc Yunuslu : Cənnət bağlarının alma dadları - FOTO

Novruzəli Aslanov: “Anım Günü həm də milli qürurun, sarsılmaz iradənin və xalqın öz gücünə inamının günüdür”

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930