Xəzər dənizində zəlzələ olub.
“Qafqazinfo”xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.