Xəbərlər
8.04.2023, 23:10
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Türkiyənin zəlzələ bölgəsində tədqiqatları davam etdirirlər - FOTO
Qardaş Türkiyə Respublikasında səfərdə olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları zəlzələ bölgəsində tədqiqatlara başlayıblar.
RSXM-nin İnformasiya şöbəsindən AZƏRTAc-a bildirilib ki, Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi mütəxəssislər qrupu əvvəlcə fevralın 6-da baş verən birinci zəlzələ ərazisində - Qaziantep şəhərində Pazarcıq adlanan ərazidə, Adıyamanın Balkar kəndində (yer səthində 4 metr yerdəyişmə olub), Gölçübaşı kəndində (əyilən binaların yoxlanması) və Kahramanmaraşda tədqiqatlara başlayıblar.
Kahramanmaraşda mərkəz əməkdaşları tərəfindən bir ədəd maqnitometrik istinad stansiyası qurulub. Bundan başqa, Pazarçık ərazisində yeni binaların inşa ediləcəyi yerlərdə profillər üzrə maqnitometrik, qravimetrik və mühəndisi seysmik tədqiqatlar aparılacaq ərazilər seçilib.
RSXM əməkdaşları tərəfindən qardaş ölkənin zəlzələ bölgəsində aparılan tədqiqatlar davam edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay