Hüseyn İsaoğlunun 65 illik yubileyinə bir nəzər

Zaman axıb gedir, lakin insan həyatında elə izlər, elə dostluqlar buraxır ki, illər keçsə də, onların dəyəri zərrə qədər də azalmır. Bu il oktyabrın 16-da tanınmış qələm sahibi, gözəl ziyalı və vəfalı dost Hüseyn İsaoğlunun (Hüseyn müəllimin) 65 illik yubileyi tamam olur. Bu əlamətdar gün münasibətilə onun tələbə yoldaşı, Qarabağ müharibəsi veteranı kimi ürək sözlərimi və xatirələrim əsasında qələmə aldığım bu yazı, əslində, bir ömrün şərəfli və örnək olası məqamlarından bəhs edir.

Hüseyn müəllimlə yollarımız 1983-cü ildə, o zamankı Azərbaycan Pedaqoji İnstitutunun (APİ) filologiya fakültəsində kəsişdi. Biz beş il bir yerdə, eyni fakültədə tələbə yoldaşı olduq. Hüseyn müəllim birinci axında (potokda), mən ise hazırlıq kursundan gələnlərin təhsil aldığı və digər qruplardan bir il artıq oxuyan ikinci axının dördüncü qrupunda təhsil alırdım. Həmin illərdən Hüseyn müəllimi sakin təbiətli, mədəni və mehriban bir gənc kimi xatırlayıram. İnstitutun çayxanasında oturub çay içə-içə imtahanlara hazırlaşmağımız, bir-birimizi sorğu-sual etməyimiz dünənki kimi yadımdadır. Gənclik illərimiz həm də ictimai fəallıq dövrü idi. Mən rayon Komsomol komitəsində şöbə müdiri və rayon Həmkarlar ittifaqının sədri vəzifələrində çalışdığım vaxtlarda, Hüseyn müəllim də Bakı Qənnadı fabrikində Komsomol komitəsinin sədri kimi məsuliyyətli bir vəzifəni daşıyırdı.
1988-ci ildə institutu bitirdikdən sonra hər birimiz öz işimizin arxasınca getdik. Lakin 1989-cu ildə mənfur qonşularımızın torpaq iddiaları, Zəngəzur mahalının mühasirəyə alınması, Qubadlı, Zəngilan, Laçın və Şuşaya edilən hücumlar hər bir vətənpərvər azərbaycanlı kimi məni də silaha sarılmağa məcbur etdi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin batalyonunda döyüşlərə qatıldım. O qanlı-qadalı, çətin müharibə illərindən sonra tələbə yoldaşlarımın demək olar ki, heç biri ilə əlaqə saxlaya bilməmişdim. Taleyin qismətindən 1995-ci ildə "28 May" metrosunun yaxınlığında Hüseyn müəllimlə qarşılaşdıq. Bu görüş uzun illərin həsrətinə son qoydu. O, harada məskunlaşdığımızı soruşdu, dərdimizi, sevincimizi bölüşdük. O gündən sonra əlaqələrimiz yenidən bərpa olundu, tez-tez görüşüb dərdləşməyə başladıq.

Bir dəfə Hüseyn müəllimdən digər tələbə yoldaşlarımızla əlaqəsinin olub-olmadığını soruşdum. O, heç kimlə əlaqəsinin olmadığını, lakin mütləq APİ-nin arxivinə gedib uşaqların ünvanlarını tapacağını bildirdi. Vəfalı dost sözünün üstündə durdu. 2012-ci ildə o, böyük bir zəhmətlə bütün tələbə yoldaşlarımızın ünvanlarını tapıb mənə gətirdi və instituta daxil olmağımızın 25 illik yubileyini keçirməyi təklif etdi. Bu təklif ürəyimcə oldu. Hüseyn müəllim hər kəsə məktub hazırlayıb göndərdi. Dörd qrupun tələbələrindən 68 nəfər bu çağırışa müsbət səs verdi və biz 18 iyul 2013-cü ildə möhtəşəm bir görüş təşkil etdik. Hüseyn müəllimin yüksək təşkilatçılıq bacarığı sayəsində illər sonra hamı bir araya gəldi. Bu gözəl ənənəni davam etdirərək, beş il sonra məzuniyyətimizin 30 illik yubileyini də eyni coşqu ilə qeyd etdik.Hüseyn müəllim təkcə gözəl təşkilatçı deyil, həm də çox istedadlı, yaradıcı bir insandır. O, bir neçə dəyərli kitabın müəllifidir. Şəxsən mən onun 4-5 əsərini böyük maraqla oxumuşam və onun çox axıcı, gözəl qələmi var. Təəssüf ki, bəzən daxilində paxıllıq hissi daşıyan bir-iki nəfər onun bu uğurlarına kölgə salmaq istəsə də, Hüseyn müəllimin yaradıcılığı öz sanbalı ilə hər zaman seçilir. Yaşca ondan beş yaş böyük olsam da, Hüseyn müəllimin göstərdiyi yüksək ədəb-ərkana, mənəvi keyfiyyətlərinə görə mən onu özümə böyük qardaş hesab edirəm. Bizim ailəvi dostluğumuz var. O, tələbə yoldaşlarımızın xoş günlərində, xeyir işlərində hamımızı bir araya toplayan, koordinasiya edən əsl dostluq rəmzidir. Onun sayəsində hamımız bir nəfər kimi deyilən ünvana toplaşır və birliyimizi qoruyuruq.

Hüseyn müəllim, 16 oktyabr sizin 65 illik şərəfli yubileyinizdir. Bu müdrik yaşınız münasibətilə sizi bir qardaş, bir tələbə yoldaşı kimi öz adımdan və ailəmiz adından ürəkdən təbrik edirəm! Sizə cansağlığı, ailə xoşbəxtliyi və yaradıcılıq yolunuzda yeni-yeni uğurlar arzulayıram. Yaxşı ki varsınız, yaxşı ki bizim dostumuzsunuz!
Dərin hörmət və ehtiramla,
Tələbə yoldaşınız, Nəsir Əhmədov

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

ÖMRÜN İŞIQLI TƏRƏFİ

“XATİRƏLƏR YAŞADIR MƏNİ” – YADDAŞIN, AĞRININ VƏ VƏTƏN BORCUNUN KİTABI

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

"Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq

MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək

İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb

Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930