Ədəbiyyatımızda elə şairlər var ki, təkcə bir misraları ilə oxucusunun qəlbinə yol tapır və özünü əbədi olaraq onun düşüncəsinə möhürləyir. Səməd Qaraçöp də mənim üçün belə şairlərdən biridi.
Çünki, ilk dəfə onun “ADAM KİMİ YAŞAMAQ” şeiri qarşıma çıxanda bu hissi yaşamışdım və uzun müddət unutmamışdım.

Nə olsun ki, it deyil,
Nə olsun ki, ulamır;
Vallah, bu adam qədər
İt də quyruq bulamır.


Şair daha sonra quyruq bulayan "adam"ın dilindən ;

Deyir: “Nə olsun axı,
Qoy it adı daşıyım;
Quyruq bulayıram ki,
Adam kimi yaşayım”.


Cəmiyyətin eybəcərliyini bu üç bəndlik şeir necədə çılpaqlığı ilə ortaya qoyur...?

Deyəsən, tərsinədi
Bu ölkə başdan-başa;
İt kimi quyruq bula
Və… adam kimi yaşa.


Bu şeir uzun müddət beynimdən çıxmadı. Hara gedirdim, televizora baxırdım, hansısa dəbdəbəli məclisdə otururdum, bu şeir gəlib düşüncəmin yaxasından yapışırdı.
Danışan insanların sözündə, davranışında məni qane etməyən, bəzən cüzi görünən bir çaşma, bir əyilmə, bir “uyğunlaşma” görürdüm, elə həmin an həmin misralar beynimdə yenidən səslənirdi...
Bu səhər isə dəyərli şairimiz Səməd Qaraçöpün “VƏZİR” şeirin oxiyanda xoş, amma eyni zamanda düşündürücü və ibrətamiz bir xatirə gözlərim önündə canlandı.
Xalq hərəkatının qızğın dövrü idi. Hərəkatın lideri rəhmətlik Əbülfəz Elçibəy Xırdalan sakinləri ilə görüşə gəlmişdi. Sakinlərlə görüşündə Əbülfəz bəy çıxışı zamanı bir əhvalat danışdı. Bu gün dəyərli şairimiz Səməd Qaraçöpün "Vəzir" şeirin oxuyanda yenidən yadıma həmin əhvalat düşdü. Əbülfəz bəy həmin çıxışında sovet dövrünün milli siyasətinin incə, amma çox təhlükəli tərəflərindən birinə toxunurdu.
Deyirdi ki, Moskva sovetlər İttifaqının tərkibində olan türkdilli respublikalara birinci katibi özümüzdən təyin etsə də, ikinci katibi çox vaxt ruslardan, özünün güvəndiyi, etibar etdiyi adamlardan qoyurdu. Həmin dövrdə Polyaniçko da Azərbaycan hakimiyyətində Moskvanın təyin etdiyi adamlardan biri idi.
Əbülfəz bəy daha sonra Polyaniçko ilə bağlı ibratamiz bir söhbətə başladı. Əbülfəz bəy sovet sisteminin respublikalardakı idarəetmə sisteminin eybəcərliyini görüşə gələnlərə çatdırmaq üçün dedi:
Respublikada camaata müəyyən yerlərdə elə problemlər yaradırdılar ki, adam dövlət idarələrinin bürokratik aparat süründürməçiliyindən bezirdi. İnsanlar incidilir, amma problemləri həll olunmurdu. Nəhayət, belə halda problemlə üzləşən sayılıb seçilən nüfuzlu adamları Polyaniçkonun yanına yönləndən xüsusi öyrədilmiş adamlarda olurdu.
Elçibəyin danışdığına görə, Polyaniçko otağında həmişə bir neçə Quran kitabı saxlayırmış. Problem içində olan, qəbuluna yönləndirilən belə adamlar içəri girəndə Polyaniçko ayağa qalxıb onu hörmətlə qarşılayır, nəzakətlə oturmağa yer göstərir və oturub bir qədər həmin adamla söhbət edir, sonra bir-iki yerə telefon açaraq həmin adamın işinin həll olunmasını tapşırırmış.
Adam da heyranlıq və minnətdarlıq içində ayağa qalxıb gedəndə Polyaniçko ona Quran kitablarından birini verirmiş.
Beləcə, dövlətin müxtəlif qapılarında həll olunmayan bir işi bir məmur həll edir və həmin vətəndaşın gözündə sistemin özü yox, məhz o məmur “yaxşı adam”a çevrilirdi.
Elçibəyin gözəl xasiyyətləridən biri də o idi ki, müəyyən mənada mürəkkəb siyasi məsələləri çox vaxt xalqın başa düşdüyü dildə, akademik terminlərlə yükləmədən danışırdı. Hətta həmin çıxışında o, problemi Polyaniçko tərəfindən həll edilmiş adamın dediklərini çox sərt və xalq dili ilə ifadə etmişdi:
"O, bizimki köpəy uşaqı, bu da rus köpəy uşağı.”
Bu ifadənin sərtliyindən çox, onun arxasında dayanan siyasi məntiq düşündürdüyü qədər, dəyərli şairimiz Səməd Qaraçöpün "Vəzir" şeiri də, məni o cür düşünməyə məcbur qoydu;

"Tarixdə heç kimə nəsib olmayıb
Bu xalqı bir yerə toplamaq hələ;
Şairlər yetirib, şahlar yetirib,
Vəzir yetirməyib bu torpaq hələ."


Şair burada öz xalqının istedadını inkar etmir. Əksinə, deyir ki, şair də yetişib, şah da yetişib, amma bunları düzgün istiqamətləndirəcək, dövlətçilik təfəkkürü ilə hərəkət edəcək “vəzir” yetişməyib.

"Bizdən uzaq olub uzaqgörənlik,
Bizdə sürü-sürü üzgörən olub;
Şah da bizdən olub, şair də – bizdən,
Vəzirlər həmişə özgədən olub."


Burada “vəzir” artıq konkret şəxs olmaqdan çıxıb tarixi idarəçilik və kənar təsir qüvvəsinə çevrilir. Şair milli faciənin səbəbini yalnız düşməndə görmür. Öz daxilimizdəki parçalanmanı da göstərir.
İstedadımız çox olub, hökmdarımız da olub, amma milli taleyimizi uzaqgörənliklə düşünən dövlət ağlımız yetərincə olmayıb.
Bu baxımdan şeir sadəcə tarix haqqında deyil. Tarixdən bu günə ünvanlanmış xəbərdarlıqdır.
Bəlkə də burada “vəzir” yalnız saray adamı deyil.
Bəlkə “vəzir” dediyimiz, hər şeydən əvvəl, dövlət ağlıdır.
Dövlət ağlı olan yerdə vətəndaş öz haqqını kiminsə şəxsi mərhəməti ilə deyil, qanunun gücü ilə alır.
Orada məmur vətəndaşa yaxşılıq edən adam deyil, onun haqqını təmin edən dövlətin nümayəndəsidir.
Çünki haqq verilmir - tanınır.
Və əsl vəzir də, məncə, məhz budur:

"Başlar açılmayıb mədhiyələrdən,
Saraylar məst olub təlxəkləriynən;
Əsil şairləri özgə vəzirlər
Vurub hər fürsətdə şahın əliynən."


Hökmdarın xoşuna gələn sözü deyən yox, hökmdara dövlətin həqiqətini deyə bilən adam olub vəzir. Amma bizdə;

"Hər yerdə bölünüb-parçalanmışıq,
Baxıram, tarixdə qalıbdı izi;
Özgə vəzirlərin “məsləhətiynən”
Qırmışıq həmişə bir-birimizi."


Çünki Elçibəyin danışdığı həmin əhvalatda və dəyərli şairimiz Səməd Qaraçöpün "Vəzir" şeirində məni ən çox düşündürən də elə bu idi:
Çox zaman hakimiyyət insanın problemini həll etməklə kifayətlənmir. Bəzən əvvəlcə insanı problemin içində saxlayır, sonra həmin problemdən çıxaran adamı onun gözündə xilaskara çevirir.
Beləliklə, vətəndaş öz haqqını alan insan kimi yox, ona yaxşılıq edilmiş insan kimi yola salınır.
Haqqın sahibi olduğunu unudur, yaxşılıq görmüş adama çevrilir.
Başqa sözlə, şeir “bizi özgələr böldü” deməklə kifayətlənmir, daha acı bir sual qoyur ortaya:
Bizi bölənlərin məsləhətinə niyə qulaq asdıq?
Bu sual şeirin müasirliyini də artırır.

"Tarixə baxıram, hər şey bəllidi,
Görkəmi bəllidi görünən dağın...
Mənim şair xalqım, yadında saxla,
Vəzir yetirməyib sənin torpağın."


ifadəsi həm məhəbbət, həm də məzəmmətdir.
“Şair xalqım” deməklə müəllif xalqın duyğusal, poetik, mənəvi zənginliyini qəbul edir. Amma ardınca “vəzir yetirməyib” deyərək həmin zənginliyin siyasi-dövlətçilik ağlı ilə tamamlanmadığını vurğulayır.
Burada bir incə məqam da var: “vəzir” sözünü hərfi mənada yox, simvol kimi oxumaq lazımdır. Əks halda şeirin ideyası daralır. Simvol kimi oxunduqda isə “vəzir” — uzaqgörən dövlət adamı, strateq, xalqın mənafeyini saray mənafeyindən üstün tutan müdrik idarəçi anlamına gəlir...
Dəyərli şairimiz Səməd Qaraçöpün müsahibələrinin birində belə bir kəlmə oxumuşdum: "... yazılarımnan nə qədər çox yol yoldaşı olsan, onlara bir o qədər çox isnişərsən". Doğurdan da gözəl şairimizin şeirləri ilə "yol yoldaşlığı" etdikcə sanki şairin yaradıcılığına asılılığım yaranırdı. Özü dediyi kimi:-"Şeir də insan kimidi - dərdi, sevinci olan insan kimi... Mənim yazılarım da özünün bütün dərdləriynən, bütün sevincləriynən mənim ürəyimin işıq cücərtiləridir."
Allah ürəyinizin işıq cücərtilərini daha çox etsin Səməd müəllim. "Həqiqət od kimi, işıq kimi bir şeydir, şairlər də var ki, pərvanə kimi, kimisi özünü bir yol oda salıb yandırır, kimisi də ömrü boyu yana-yana yaşayır. Bir yol yanmaq da pərvanəlikdi, ömrü boyu yanmaq da".
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü.

Son xəbərlər

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

VƏZİR YETİRMƏYƏN TORPAQIN ŞAİRİ - Səməd Qaraçöp

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930