Səbinə Mirzəqızı
Telejurnalist

Artıq altı ildir ki, Vətən müharibəsi başlayandan bu günə qədər saysız-hesabsız şəhid tədbirlərinin aparıcısı və iştirakçısı olmuşam.

Məsafədən asılı olmayaraq, Azərbaycanın hər bir guşəsinə yollanmışam. İsti günəşin altında, soyuqda, yağışda, qarda, heç bir hava şəraitinə baxmadan, saatlarla ayaq üstə dayanaraq tədbirlər çəkmiş, idarə etmişəm.Bəzən yorğunluğumu unutmuşam, bəzən ayaqlarım ağrısa da, yoluma davam etmişəm. Çünki qarşımdakı məsuliyyət adi bir iş deyildi. Qarşımda şəhid anaları, şəhid ailələri və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs xatirəsi dayanırdı.
Mən şəhid analarının göz yaşını öz göz yaşım bilmişəm. Onların dərdini ürəyimdə hiss etmiş, ağlayan analarla birlikdə kövrəlmişəm. Hər bir şəhidin həyat hekayəsi, hər bir ananın fəryadı qəlbimdə iz buraxıb.
Bəzən düşünürəm ki, bu illər ərzində nə qədər yol getmişəm, nə qədər insanın dərdinə şərik olmuşam, nə qədər müqəddəs tədbirdə iştirak etmişəm...
Və bütün bunların içərisində məni ən çox qürurlandıran bir həqiqət var:
Mən Vətən uğrunda canından keçən igid oğullarımıza xidmət etmişəm. Onların adlarını yaşatmaq, qəhrəmanlıqlarını işıqlandırmaq və şəhid ailələrinin səsinə səs olmaq mənim üçün ən böyük şərəfdir.
Jurnalistlik mənim üçün sadəcə bir peşə deyil. Bu, ürəyimlə bağlandığım, vicdanımla daşıdığım bir məsuliyyətdir. Mən bu peşəni sevirəm. Çünki bu peşə mənə insanlara toxunmağı, onların sevincini və kədərini bölüşməyi, Vətən qarşısında mənəvi borcumu yerinə yetirməyi öyrədib.
Bu gün geriyə baxanda bütün yorğunluqlarımın, çəkdiyim əziyyətlərin və keçdiyim yolların bir mənası olduğunu hiss edirəm.
Çünki mənim əməyimdə şəhidlərimizin adı, analarımızın duası, Vətənimizin sevgisi var.
Mən jurnalistəm.
Mən bu peşəni sevirəm.
Və bir jurnalist olaraq şəhidlərimizin müqəddəs xatirəsinə xidmət etməyimlə fəxr edirəm!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi qarşısında baş əyirəm.

Son xəbərlər

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

VƏZİR YETİRMƏYƏN TORPAQIN ŞAİRİ - Səməd Qaraçöp

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930