Azərbaycanlı həkim Ümumdünya Konqresində məruzə ilə çıxış edib
Türkiyənin İstanbul şəhərində Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi üzrə XXIII Ümumdünya Konqresi keçirilib.

Müasir otorinolarinqologiya, estetik və rekonstruktiv burun cərrahiyyəsinin aktual problemlərinə həsr olunan konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev iki beynəlxalq elmi sessiyada sədr, bir sessiyada moderator kimi iştirak edib.Bundan başqa o, “Pediatrik pasiyentlərdə qoruyucu ekstrakorporal estetik septoplastika” və revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalar mövzularında təqdimatla çıxış edib.
Məruzədə uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlarından sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar, xüsusilə burun arakəsməsinin böyümə mərkəzlərinin qorunması, əməliyyatdan sonrakı burun deformasiyalarının, burun belinin çökməsinin və burun ucunun aşağı düşməsinin qarşısının alınması məsələləri diqqət mərkəzində olub. Təqdimatda 6–15 yaşlı 54 pediatrik pasiyent üzərində aparılmış klinik müşahidələrin nəticələri, cərrahi metodikanın əsas mərhələləri və uzunmüddətli izləmə göstəriciləri konqres iştirakçılarının diqqətinə çatdırılıb.

Dosent Məzahir Quliyevin hər iki məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, təqdim olunan innovativ cərrahi yanaşmalar ətrafında fikir mübadiləsi və elmi müzakirələr aparılıb.
ADHTİ-nin əməkdaşının dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi institutun elmi potensialının, Azərbaycan otorinolarinqologiyasının və ölkəmizdə hazırlanmış innovativ cərrahi metodikaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.




Son xəbərlər

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

VƏZİR YETİRMƏYƏN TORPAQIN ŞAİRİ - Səməd Qaraçöp

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930