Xəbərlər
16.09.2026, 20:29
ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Yalvarsan da görürsən ki, söz demir,
Həsrətinə bələnərsən bir ömür,
Bu payızı özün ilə aparma.
Elə bilmə ruhuna tən gələcək,
Ya güləcək, ya da ki, şən gələcək,
Soyuyacaq, qış ilə tən gələcək,
Bu payızı özün ilə aparma.
İlqarına bu qədər bel bağlama,
Üşüyərsən, yanında çox saxlama,
Yarpağını nərgiz bilib qoxlama,
Bu payızı özün ilə aparma.
Gəl aldanma onun sarı saçına,
Şeir yazdın həsrət dadan tacına,
Tufan qopar, tez düsərsən sacına,
Bu payızı özün ilə aparma.
Söhbət elə, dərdini an, saza dön,
Yarpaq-yarpaq qızıllaşan sözə dön,
Əbədilik bahara dön, yaza dön,
Bu payızı özun ilə aparma.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


