Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir.

Marqaret İrlandiyanın qərbində, Fermanada yerləşən, yaşı 200 ildən çox olan saman damlı evdə yaşayır. Bu ev onun üçün sadəcə yaşayış yeri deyil, həm də ailəsinin tarixini yaşadan bir mirasdır.

Marqaret Qallager 1942-ci ildə indi də yaşadığı üçotaqlı evdə dünyaya gəlib. Evi onun babası 1887-ci ildə alıb və həmin vaxtdan bəri bina demək olar ki, dəyişməz qalıb. Evin divarları yerli daş, gil və torfdan tikilib, damı isə ənənəvi çovdar samanı ilə örtülüb. Hazırda bina memarlıq abidəsi kimi qorunur.

Evdə nə su xətti, nə mərkəzi istilik sistemi, nə də elektrik şəbəkəsi var. Marqaret hər gün suyu yaxınlıqdakı bulaqdan daşıyır. Evi açıq ocaqla qızdırır, yeməkləri də həmin ocaqda hazırlayır.

Onun günü sübh tezdən başlayır. İlk işi ocağı qalamaq, daha sonra su gətirmək və gündəlik təsərrüfat işlərini görməkdir. Evi kerosin lampaları və şamlarla işıqlandırılır, istilik üçün isə torfdan istifadə olunur.

Bununla belə, müasir texnologiyalar onun həyatından tamamilə kənarda deyil. Marqaretin mobil telefonu var. Telefonunu günəş enerjisi ilə işləyən enerji qurğusundan, lazım gəldikdə isə avtomobildə enerji yığaraq istifadə edir.

"Bu həyatdan başqa heç bir həyat tanımamışam. İnsan heç vaxt sahib olmadığı şey üçün darıxmır. Bu tənhalıq mənim rahatlığımdır", - o bildirib.

Marqaretin yaşadığı ev nəsillər boyu ailənin xatirələrini qoruyub. Onun atası da 1888-ci ildə məhz bu evdə doğulub və 92 yaşında burada vəfat edib. Marqaret uşaqlığını ailə təsərrüfatında keçirib, daha sonra uzun illər xəstə atasına qulluq edib.

Tək qaldıqdan sonra isə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. O, yerli mədəni həyatda fəal iştirak edib, tarixi cəmiyyət yaradıb və bölgənin ənənələrinin qorunmasına töhfə verib.

Marqaretin mətbəxində yeməklər bu gün də ulu nənə və babalarının dövründə olduğu üsullarla hazırlanır. Məşhur İrlandiya sodalı çörəyi çuqun qabda, açıq odun üzərində bişirilir, reseptlər isə nəsildən-nəslə ötürülür.

84 yaşlı qadın zarafatla deyir ki, "ekoloji həyat tərzi dəbə düşməmişdən çox əvvəl ekoloji yaşayırdı".

O, yerli məhsullardan istifadə edir, demək olar ki, tullantı yaratmır, yağış suyunu toplayır və minimum enerji sərf edir.

Marqaret qapalı həyat sürən biri də deyil. O, qonaqları həvəslə qəbul edir və köhnə İrlandiya kənd həyatının ənənələri barədə danışmağı sevir.

Onun ictimai və mədəni fəaliyyəti Böyük Britaniyada da qiymətləndirilib. Marqaret mükafata layiq görülüb, həmçinin Kraliça II Elizabet və sonradan kral olan III Çarlzla görüşmək imkanı əldə edib.

"İnsan istədiyi kimi yaşamaq hüququna malikdir. Yaşadığın həyat səni formalaşdırır. Bu həyat mənə kimliyimi verir", - Marqaret müsahibələrinin birində bildirib.

Qış aylarının onun üçün daha çətin keçdiyini etiraf etsə də, həyat tərzini dəyişmək niyyətində deyil. Sağlamlığı və gücü imkan verdiyi müddətdə 80 ildən çox əvvəl doğulduğu həmin saman damlı evdə yaşamağa davam etmək istəyir.

Marqaret Qallagerin hekayəsi rəqəmsal dövrdə rahatlıqla xoşbəxtliyin hər zaman eyni məna daşımadığını bir daha göstərir.

Son xəbərlər

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930