Xəbərlər
17.09.2026, 01:13
Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB
Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, qəza nəticəsində mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Verilən məlumatda sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.
*** 23:38
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, yolun 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iritonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Avtomobildə sıxılıb qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılıb. Hadisə nəticəsində həyatını itirən şəxslərin meyitləri nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay