SƏMİMİ DOSTUMUZ LALƏ HÜSEYNOVANIN AD GÜNÜNƏ

Bəzi adamların haradan gəldiyini soruşmağa ehtiyac yoxdur. Onların danışıqlarından bilinir. Sözlərinin çəkisindən, adamla davranışlarından, qonağa münasibətlərindən, dar gündə göstərdikləri haldan bilinir. Bir də ürəklərindən...
Olduqca səmimi və mehriban dostumuz Lalə Hüseynova Laçın rayonundandır.
Laçın...

Bu adı deyəndə adamın ağlına əvvəlcə dağ gəlir. Sonra duman. Sonra bulaq. Sonra yaylaq. Sonra bir evin həyətində axşamüstü çay süfrəsi. Sonra da qəribə bir nisgil... Çünki yurd adamın yalnız doğulduğu yer deyil, adamın içində daşıdığı yerdir. Adam bəzən yurddan uzaq düşür, amma yurd adamdan uzaq düşmür. Laçın da Lalə xanımdan uzaq düşməyib. Onun xarakterində bir dağ sərtliyi, münasibətlərində bir bulaq duruluğu, insanlara sevgisində isə o qədim el-obanın isti nəfəsi var. Bəlkə də elə buna görə Lalə xanımın yanında insan özünü yad hiss etmir. Sanki çoxdan tanıdığın bir evə girmisən.
Lalə xanım iş adamıdır.
Bu gün “iş adamı” sözünün arxasında çox şey dayanır.
- Səhərdən axşama qədər məsuliyyət.
- Qərar.
- Hesab.
- Telefon.
- Görüş.
- Birinin işi.
- O birinin xahişi.
- Birinin problemi.
- O birinin narazılığı...

İş adamının günü bəzən günə oxşamır. Səhər başlayır, axşam olunca cürbəcür hadisələrlə rastlaşır, müxtəlif məsələləri həll edir…

YAXŞI ADAMDIR


İnsan ömrü bir yola bənzəyir. Yolun haradan başladığını insan özü seçmir. Amma o yolda necə addımlayacağını, kimə əl uzadacağını, kimin könlünü alacağını, kiminsə dərdinə şərik olub-olmayacağını özü müəyyən edir. Lalə xanım bu yolu özünəməxsus addımlayıb.
İşinin məsuliyyətini çiynində daşıyıb, amma insanlığını heç vaxt yerə qoymayıb. Uğur qazanıb, amma sadəliyini itirməyib. İnsanların içində olub, amma insanların dərdindən uzaq düşməyib. Əksinə, kiminsə çətin günü onun üçün öz rahat günündən daha vacib olub. Bəlkə də insanın həyatda qazandığı ən böyük ad-san elə budur: “Yaxşı adamdır.”
Nə titul bunu əvəz edir, nə var-dövlət, nə də şöhrət. Çünki illər keçir, titullar unudulur, rəqəmlər dəyişir, vəzifələr əldən çıxır, amma bir insanın başqa bir insanın ürəyində qoyduğu yaxşılıq qalır.
Lalə xanım, arzu edirəm ki, ömrünüzün bundan sonrakı səhifələrində də bu yaxşılıqlar çoxalsın.
Qoy yolunuza çıxan insanlar sizdən narazılıqla yox, minnətdarlıqla ayrılsın. Qoy adınızı çəkəndə kimsə, - o mənim dar günümdə yanımda olmuşdu... - desin.
Qoy bir başqası, - mənim könlümü almışdı... - desin.
Bir başqası da sadəcə gülümsəyib: - Lalə xanım elə adamdır da... Ürəyi yaxşıdır... - desin.
İnanın, bundan böyük tərif yoxdur.
Bu gün sizə cansağlığı arzulayırıq - çünki sağlamlıq olmayanda dünyanın bütün gözəllikləri yarımçıq qalır.
Sizə ailə səadəti arzulayırıq! Çünki insanın ən böyük sığınacağı yenə doğma nəfəsdir.
Sizə işlərinizdə uğur arzulayırıq! Çünki zəhmətinizin bəhrəsini görmək sizin haqqınızdır.
Sizə rahatlıq arzulayırıq! Çünki başqalarına rahatlıq verən adamın özü də rahatlığa layiqdir.
Bir də ürəyinizə heç vaxt yorğunluq düşməsin deyirik. Çünki o ürək çox adama yer verib.
Çox adamın dərdini dinləmisiniz, çox adamın sevincinə sevinmisiniz.
İndi qoy bir az da həyat sizin üzünüzə gülsün. Qoy bundan sonra qapınızı döyənlərin əlində dərd yox, xoş xəbər olsun, telefonunuza gələn zənglər “bir problem var”la yox, “bir sevincimiz var”la başlasın, süfrəniz əzizlərinizlə, eviniz gülüşlə, ömrünüz gözəl xatirələrlə dolsun!
Və Laçın...
O Laçın həmişə ürəyinizdə yaşasın!..

İNSANLARIN ÜRƏYİNDƏKİ YERİ

Bəlkə insan doğulduğu torpağa hər gün gedə bilmir. Bəlkə illər, yollar, zaman adamı doğma yerlərdən uzaq salır. Amma insanın ürəyində bir yurd varsa, o yurd heç vaxt itmir. Siz də Laçını özünüzlə gətirmisiniz: dağını dözümünüzdə, bulağını təmizliyinizdə, elini doğmalığınızda, ocağını qayğınızda, yurd sevgisini isə ürəyinizdə. Elə buna görə də siz harada olsanız, bir az Laçın da oradadır. Laçın isə artıq 6 ildir bizdədir, ürəyimizdədir, dilimizdədir.
Bu gün doğum gününüzdür. Bu gün sizin üçün deyilən bütün gözəl sözlərin bir cümlədə toplanmasını istəyirəm: Allah sizi qorusun, Lalə xanım!
Ömrünüzə ömür, gününüzə gün, sevincinizə sevinc qatsın.
Ürəyiniz heç vaxt daralmasın.
Üzünüzdən təbəssüm, süfrənizdən bərəkət, evinizdən xoş səs əskik olmasın.
“Ziyalılar”dakı, eləcə də başqa dostlarınız çox, dostluqlarınız möhkəm, yolunuz açıq olsun!
Və illər sonra geriyə baxanda bu ömrün ən gözəl tərəfinin nə qazandığınız deyil, kimlərin həyatına yaxşılıq qatdığınız olduğunu görəsiniz. Çünki insan bu dünyadan əliboş gedir. Nə var-dövlətini aparır, nə evini, nə də qazandığı adları. Arxada yalnız bir şey qalır: insanların ürəyindəki yeri. Sizə də məhz o yeri arzulayıram, Lalə xanım.
Həmişə yaxşı insanların yanında, doğmalarınızın arasında, sevənlərinizin qəlbində olun.
Və qoy sizin adınız çəkiləndə bir yerdə mütləq belə deyilsin: “Lalə xanım!.. O, yaxşı insandır...”
Bəzən bir insan haqqında deyilə biləcək ən böyük söz elə budur.
Ad gününüz mübarək olsun!
Allah ömrünüzü Laçın dağları kimi uca, bulaqları kimi təmiz, ocaqları kimi isti etsin.
Var olun. Sağ olun. Həmişə belə qalın.
Və sonda isə, həmişə olduğu kimi, bir şeir payımı Lalə xanımın adına ünvanlayıram.

Sülh göyərçini Lalə xanıma

Laçından gələn bir işıq var səndə,
Bahar nəfəslidir hər xoş kəlmən də.
Adın da bir çiçək - Lalədir, Lalə,
Gül açır ümidlər səninlə, Lalə.

Ömür bir karvandır, yol gedər, gedər,
Hər kəs bu dünyada öz qoyub gedər.
Biri sərvət yığar, biri ad-sanla,
Biri könül alar bir xoş kəlməylə.

Sən də yol seçmisən könüllər yolu,
Sözündə mərhəmət, niyyətin ulu.
Qazancın yalnızca var-dövlət deyil,
İnsanı sevindirmək gözəl deyilmi?

“Ziyalılar” içrə göyərçin kimi,
Sülhü daşıyırsan ürəyində sən.
Qanadında bəyaz arzu var sənin,
Dünyaya barışın nurunu səpən.

Sözlərin bəzən sərt bir daşa dəyər,
Daş belə insana dəyər, əriyər.
Çünki söz ürəkdən gələndə əgər,
Ən bağlı qapını açmağa dəyər.

Lalə, sən adın tək baharsan, gül¬sən,
Sükutu könlünə min ümid bilsən.
Hər yerdə insanı uca tutmusan,
İnsana insanlıq dərsi vermisən.

Dünyada nə şöhrət, nə tac, nə qızıl,
İnsanlıq qədərdir əziz və əzəl.
Ən böyük sərvətdir təmiz bir ürək,
Ən böyük zənginlik - yaxşı ad, dilək.

Laçının dağları şahiddir sənə,
Daşların yaddaşı danışar yenə.
Torpaq heç unutmaz doğma nəfəsi,
Yurdun hər daşında yaşayır səsi.

Yurd geri qayıdar, yollar da dönər,
Dağların başında günəş də yanar.
Amma ömrün itən illəri, heyhat,
Nə qədər çağırsaq, geri qayıtmaz.

Odur ki, hər yaşın bir qiymətli pay,
Hər sabah könlündə doğulsun bir ay.
Ad gününə ən gözəl olsun hədiyyə,
Bir də ki sülh olsun, xeyir, xoş səda.

Qoy ömrün uzansın çinar ömrütək,
Kölgəndən dostlara pay düşsün gərək.
Düşmənin azalsın, dost artsın hər an,
Sevgi körpü olsun sənə anbaan.

Yeni yaşın sənə sevinc gətirsin,
Ümidin göylərə qanadla çatsın.
Hər addımın xeyir, hər sözün dua,
Hər sabah üzünə günəşlə açsın.

Lalə, göyərçin tək ağ qanad çal sən,
Sülhün səmasında ucal, ucal, sən.
Laçından dünyaya bir xoş soraq ol,
İnsanlıq yolunda yan, bir çıraq ol!

Bu gün “Ziyalılar” bir dilək deyir,
Daşdəmir də deyir könlün sevinsin.
Ad günün mübarək, ay Lalə xanım,
Adın çəkiləndə üzün nur geysin!


ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN  - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU








Son xəbərlər

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930