Xəbərlər
23.09.2026, 21:59
Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO
QƏZƏL
Ey ürək, köksümün altın talayır hicranın,
Sındırır qəlbimi hər gün, calayır hicranın.
Od tutan canımı söndürməyə dərya yetmir,
Çünki eşqin kösöyündan qalayır hicranın.
Bir gülüstanə çəpər çəkmədi bağban könlüm,
Qəlbi qan qönçəni içdən dalayır hicranın.
Görsənir çeşmi- xəyalımda vüsalım hərdən,
Çöhrəmin bağını gözdən sulayır hicranın.
Fikrimin zahiri batində dəyişmir, ey dil,
Səhni- dəryanı dibindən bulayır hicranın.
Vüslətin kuyini hər gün dolanan bir zalım,
Gündə yüz yol əl- əyağın yalayır hicranın.
Çox cəfa gördün, a Lilpar, o vəfasızlardan,
Əl çəkirsən, qəmi başdan "calayir" hicranın.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay