Xəbərlər
23.09.2026, 15:38
"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.
Türk qızıyam.
Hər döyüşdən qalib çıxan,
Düşmənləri ondan qorxan,
Dost əlini möhkəm sıxan,
Dost gözünə dosttək baxan,
Turan eldən çox razıyam,
Turan elin Türk qızıyam.
Qədim Hundan sorağım var,
Mete kimi xaqanım var,
Mən qanımda daşıdığım,
Türk kimliyim, Türk bağım var,
Sevə - sevə danışdığım,
Mən bu dildən çox razıyam,
Turan elin Türk qızıyam.
Yaşayacaq qəhrəmanlıq,
Turan adlı bu sultanlıq.
Dönməyibdi haqq yolundan
İndiyədək bircə anlıq.
Şanlı tarix, səhifəndən,
Aydan, ildən çox razıyam,
Turan elin Türk qızıyam.

Salyan - 22 09.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

