Ötən gün (26.07.2026) Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində "Həməşəra" mətbu orqanının təşkilatçılığı ilə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, "Turan Ödülü" və "Həməşəra" Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı və yenicə işıq üzü görmüş "Milli Qəhrəman Vüqar" adlı bioqrafik poema kitabının təqdimat mərasimi keçirildi.

Turaztv.az xəbər verir: Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla, eyni halda Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbiri öz nitqi ilə açan fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında Ustad Niftalı Göyçəlinin türk milli kimliyi və Turan məfkurəsinə etdiyi xidmətlərdən söz açaraq bu xidmətlərin çox böyük və misilsiz olduğunu bildirdi, eyni halda doğma Cəlilabad diyarının ilk qəhrəman şəhidlərindən olan Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun həyat və şəhadət yolundan danışaraq Vətən uğurunda canından keçmiş şəhidlərimizin, xüsusilə də Azərbaycan Dvölətçiliyi və ordusunun zəif olduğu I Qarabağ Müharibəsində igidliklə canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin uca tutulmasının bir vazkeçilməz zərurət olduğuna təkid göstərdi. O, Ustad Niftalının "Milli Qəhrəman Vüqar" poemasının şəhidlik yolu, onun yaxınlarına, eyni halda əziz şəhidimizin xatirəsinə təqdim edilmiş ən möhtəşəm və təqdirəlayiq hədiyyə olduğunu bildirərək kitab müəllifinə xüsusi təşəkkürünü bildirdi.
Sonra çıxış edən Ustad Niftalı Göyçəli şəhid barədə ərsəyə gəlmiş kitab haqqında məlumat verərək, Cəlilabad ədəbi mühitinin ölkə çapında ilk yerdə dayandığını bildi
rərək, bunun əslində Tomris kimi bir igid sərkərdənin yurdu olmuş Muğan ellərinin tarixi və mədəni köklərindən qaynaqlandığına təkid göstərdi.
Ardınca tədbir iştirakçıları ayrı-ayrılıqda çıxış edərək şəhid Vüqar Mürsəlovun həyat yolu və qəhrəmanlığı, eləcə də Ustad Niftalı Göyçəlinin Milli Qəhrəman barədə qələmə aldığı poemasından danışaraq onu dəyərləndirdilər. Tədbirdə çıxış edən iştirakçılar aşağıdakılardan ibarət idi:
1. Hacı Paşa Rüstəmov (Əmək veteranı və Əmək zərbəçisi, "Həməşəra" Fəxri Diplomu, "Dədə Qorqud" və "Turan Ödülü" laureatı, təqaüdçü pedaqoq);
2. Gülşən Şahmuradlı (TYB-nin üzvü, "Qızıl Qələm" Media Mükafatı və "Həməşəra" Fəxri Diplomu, TYB-nin xüsusi Ödülü və "Turan Ödülü" laureatı, şair);
3. Ustad Zülfi Vellifağ (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, Turan Xalq şairi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, şair);
4. Ustad Əfrahim Abbas (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, şair);
5. Ustad Şəhla xanım Rəvan (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, "Bəxtiyar Vahabzadə" Diplomu, TYB-nin xüsusi ödülü, "Tomris Ödülü", "Ustad Niftalı Göyçəli" və "Turan Ödülü" laureatı, həmçinin, "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair);
6. Jalə xanım Mürsəlova (Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun bacısı, pedaqoq, şair);
7. Seylan xanım Abbas (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, şair);
8. Mikayıl İnçəçaylı (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, bədii qiraətçi, şair);
9. Nicat Ərtürk (AYB və TYB-nin üzvü, "Heydər Əliyev" medalı, "Qızıl Qələm" Media Mükafatı və "Ziyadar" Mükafatı, "Həməşəra" Fəxri Diplomu və "Ustad Niftalı Göyçəli" Ödülü laureatı, şair-publisist);
10. Ramil Bəylər (TYB-nin üzvü, TYB-nin xüsusi ödülü və "Hüseyn Cavid" ödülü laureatı, yazıçı-şair);
11. Ehtiram Sevənli (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Turan Ödülü" laureatı, yazıçı, şair-publisist);
12. Sakit Orduxanlı ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran jurnalist, yazıçı-şair);
13. Xəlil Fərəməzoğlu (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı);
14. Əziz Orucov (Cəlilabad rayon İncilli kənd orta məktəbinin müəllimi, filoloq, ədəbiyyatşünas);
15. Azər Mirzə (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, TYB-nin xüsusi ödülü və "Turan Ödülü" laureatı, şair);
16. İlqar Mustafayev (telejurnalsit, "DünyaTv"-nin region üzrə əməkdaşı);
17. Hicran Fuad Əhmədli (TYB-nin üzvü, "Sarı Aşıq" Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, "Zim.az" portalının redaktoru, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları, "TYB"nin xüsusi ödülü, "Həməşəra" Fəxri Diplomu, "Tomris" ödülü və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair);
18. Sevinc Şirvanlı (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi Ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, şair);
19. Arzu Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Ziyadar" Mükafatı, TYB-nin xüsusi ödülü və "Turan Ödülü" laureatı, şair-publisist);
20. Aydan Nizamiqızı (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin müəllimi, TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Turan Ödülü" və "Tomris" ödülü laureatı, ədəbiyyatşünas, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair);
21. Atlaz Rzayi (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi Ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)...
Tədbirin davamında yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Niftalı Göyçəliyə ədəbiyyat sahəsində xidmətlərinə görə yenicə təsis edilmiş “Məhəmməd Füzuli” Fəxri ödülü, həmçinin, “Yazarlar” jurnalının baş redaktoru, çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi yazıçı-publsisit və şair Zaur Ustac tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi təqdim edildi.
Bundan əlavə, şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvan, AYB və TYB-nin üzvü, şair-publisist Nicat Ərtürk, TYB-nin üzvü, yazıçı-şair Ramil Bəylər "Həməşəra" mətbu orqanı və TYB-nin müxtəlif ödülləri ilə, həmçinin, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən Şəhla Rəvan, Hicran Fuad Əhmədli, Pərvanə İsgəndərqızı, Sevinc Şirvanlı, Aydan Nizamiqızı və Atlaz Rzayi TYB-nin "Tomris" və "Hüsen Cavid" ödülü ilə təltif olundular.
Bu tədbirdə ustad şairimiz Niftalı Göyçəlinin yenicə nəşr edilmiş "Milli Qəhrəman Vüqar" adlı kitabından tədbir iştirakçılarına hədiyyə olundu.
Tədbirin sonunda qısa formada çıxış edən Turan Xalq şairi, eyni halda Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun bibisi Şəhla xanım Rəvan, əziz şəhidimizin bacısı Jalə xanım Mürsəlova, həmçinin, Ustad Niftalı Göyçəli öz çıxışlarında onlara göstərilən sayğı və diqqətə görə tədbir iştirakçılarına, “Həməşəra” mətbu orqanı və onun rəhbəri yazıçı-publisist İlqar İsmayılzadəyə, “Yazarlar” jurnalının rəhbəri yazıçı-publisist, şair Zaur Ustaca, eləcə də Cəlilabad ədəbi mühitinin nümayəndələrinə və bütün tədbir iştirakçılarına səmimi minnətdarlıqlarıını, xoş təəssüratlarını bildirdilər. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı...


Son xəbərlər

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031