Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

***

Sentyabrın 23-də bir sıra rayonların elektrik şəbəkələrində də təmir işləri aparılacaq.

Saatlı Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110 kV-luq “Sarıcalar-1” və “Sarıcalar-2” hava xətlərinin bəzi dayaqları arasında qabaritdə təmir-bərpa işləri icra olunacaq. Bu zaman rayonun bir sıra yaşayış məntəqələrində saat 09:30-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Ağdaş EŞ-yə daxil olan 10 kV-luq “Abad” hava xəttində görüləcək təmir işləri zamanı planlı fasilə saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərini əhatə edəcək.

Bərdə EŞ-nin ərazisində 10 kV-luq 3 və 4 saylı kənd hava xətlərinə toxunan ağaclar budanacaq. Bu zaman rayonun Kətəlparaq, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan, Varvara kəndlərinin bəzi yerlərində 10 kV-luq “Cırdaxan” hava xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Mingəçevirdə 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev və Nəriman Nərimanov küçələrində enerjinin verilişində fasilə yaranacaq.

Astara EŞ-nin ərazisində 35 kV-luq “Lovayin” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Çayoba, Hamoşam, Kakalos, Lovayin, Pensər, Siyaku, Şahağac, Təngərud, Toradi kəndlərinin bir sıra ərazilərində enerjinin verilişində qısa müddətli məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Son xəbərlər

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930