Turaztv.az » Xəbərlər » Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Xəbərlər

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

23.09.2026, 08:53 2
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Çardaqlı kəndində baş verib.

Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər