Xəbərlər
23.09.2026, 10:57
Sevinc Yunuslu : Azərbaycan qadınları mətindir!.. - FOTO

Mən istəsəm səni çoxdan tapardım
Susmuşamsa hər şey sənsən demək ki..
Əlvida yox, qayıdacam , dedimsə,
Sən aldığım son nəfəssən demək ki..
Çox ağlama yastığına sarılıb
Yorğanından uzun etmə həsrəti.
Bağışladım, mən də bu cür dəliyəm,
Ayrılığın kəndirini kəsmədim.
Üç gün deyil, beş gün deyil, bildiyin,
Sən ki məni məndən yaxşı bilirsən..
Elə bil ki, əsgərdəyəm bu gündən
Sən də məni məktublardan sevirsən..
Ağrın alım, burda fəsil qışdı qış,
Gecəm yoxdu, günüm yoxdu, yuxum yox.
Hardasansa fikrim , ruhum ordadı,
Özüm yoxam , əllərim yox, qoxum yox..
Elə bilmə hiss etmirəm heç nəyi,
Onu bil ki , mənə səndən çətindir..
Bilirsən ki, tab gətirir hərşeyə
Azərbaycan qadınları mətindir!..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

