Xəbərlər
22.09.2026, 23:59
PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO
Üşüyürdün, gül ətirli yay oldum,
Günəş dedin, ulduz oldum, Ay oldum.
Yoxluğundan, xəzanlara tay oldum,
Bir həsrət var, bir ayrılıq, bir də mən,
Necə olum, sən olmayan yerdə mən.
Payız yarpağı tək saralmışam,
Ömrü satın, son bir görüş almışam.
İki dünya arasında qalmışam,
Sürünürəm sevgi adlı pirdə mən.
Necə olum, sən olmayan yerdə mən.
Püstəyə vədə verdin il oldu,
Mən gözlədim, "Gözlə" deyən dil oldu.
Ürək qoyub getdin, yandı kül oldu,
Çətin dözəm"Sənsiz" adlı dərdə mən,
Necə olum, sən olmayan yerdə mən.
Günəş dedin, ulduz oldum, Ay oldum.
Yoxluğundan, xəzanlara tay oldum,
Bir həsrət var, bir ayrılıq, bir də mən,
Necə olum, sən olmayan yerdə mən.
Payız yarpağı tək saralmışam,
Ömrü satın, son bir görüş almışam.
İki dünya arasında qalmışam,
Sürünürəm sevgi adlı pirdə mən.
Necə olum, sən olmayan yerdə mən.
Püstəyə vədə verdin il oldu,
Mən gözlədim, "Gözlə" deyən dil oldu.
Ürək qoyub getdin, yandı kül oldu,
Çətin dözəm"Sənsiz" adlı dərdə mən,
Necə olum, sən olmayan yerdə mən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


