Xəbərlər
22.09.2026, 23:38
AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ)
AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?
İşlə əlaqədar 21 sentyabr tarixində saat 17-18.00 radələrində tədbirdən qayıdırdım. Taksi 3 dəvə sifarişimi ləğv etdi, buna görə avtobusdan istifadə etməyi qərar verdim. Ziya Bünyadov prospektində (Dərnəgül yolunda) dayanacağa gəlib 7B saylı avtobusu gözləməyə başladım. Dayanacaqda gözləyənləri sayı çox idi. Yaxınlaşan müxtəlif saylı avtobusların hamısı dolu gəlirdi. Gözlədiyim avtobus dayanacağa yaxınlaşanda sürücü mənim minmək istədiyimi işarə ilə soruşdu. Mən orta qapıya yaxınlaşdım, lakin çox sıxlıq idi. Sürücü salonda qalxıb təkərli oturacaqda olan əlilliyi olan şəxslər və uşqalar üçün yerə baxdı və dedi uşaq sərnişin var. Soruşdu necə kömək edim, dedim sağ olun, növbəti avtobusu gözləyərəm. Beləliklə, 20-25 dəqiqə intervalla iki avtobus gəldi. Onlar da dolu idi, ancaq eyyni zamanda heç sürücülər də əhəmiyyət vermədilər. AYNA-nın 141 qaynar xəttinə zəng etdim. Növbəmin 4-cü olduğu bildirildi. Telefonda bir neçə dəfə növbəmi xatırladandan sonra dedilər “1” düyməsini basın, Sizə geri zəng olunacaq. Bu zaman növbəti dördücü avtobus yaxınlaşdı. Sürücü minmək istədiyimi işarə verdi və bəli dedim. Əvvəlki avtobuslar kimi bu avtobus da tam dolu idi. Lakin sürücü rampı açıb çətin də olsa məni ayrılmış yerə yerləşdirdi. Çox sağ olsun.
Bilirik ki, metroda təmir işləri gedir və bu müəyyən vaxta başa çatacaq. Ancaq bunu əsas gətirib həlli mümkün problemlər yaratmaq lazım deyil.
Xüsusi qeyd: Dayanacaqda gözləyən zaman bir xanım mənim vəziyyətimi görüb sürücüyə, sərnişinlərə mənim avtobusa minməyim üçün şərait yaradılmasını təkid edirdi. Çox sağ olsun, təşəkkür edirəm.
AYDA üçün:
1. Avtobuslar arasında intervalın vaxtını azaltmaq olmaz?
2. Eyni marşurutda rast gəldiyim 4 sürücüdən 2 nəfəri laqeyd idi. Bunları təlimatlandırmaq olmazmı?
3. 141 çağrı mərkəzi 20 saat keçməsinə baxmayaraq geri dönüş etməyib, niyə?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

