Turaztv.az » Xəbərlər » Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO
Xəbərlər

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

23.09.2026, 00:20 3
Ağac çiçəkləyən, bülbül oxuyan,
Gülşən baxçaların bar təbəssümü.
Gözəllik adında xalı toxuyan,
Dünyada hər şeyin var təbəssümü.

Sevgidən doğular, eşqə bələnər,
Ayazı, şaxtası xatirələnər.
Nazlana-nazlana yerə ələnər,
Bəyazlıqdı qışın qar təbəssümü.

Qırmızı geyinən şahdı, tacı var,
İçində şahzadə qardaş, bacı var.
Bir insan əlinə ehtiyacı var,
Nə gözəl görünür nar təbəssümü.

Dünya başdan-başa açan gül ola,
İllər məhəbbətlə keçən il ola,
Hər kəs arzulayar şirin dil ola,
Bir ömür bağışlar yar təbəssümü.

Oxşar xəbərlər