ZÜLFİYYƏNİN HÜNƏRİ (FƏDAKAR, CƏFAKEŞ İNSAN HAQQINDA OÇERK) - FOTO
ZÜLFİYYƏNİN HÜNƏRİ
(FƏDAKAR, CƏFAKEŞ İNSAN HAQQINDA OÇERK)

…Səhərdən bəri Sumqayıtın bərəkətli torpağını hərarətə gətirən günəş qızılı şəfəqlərini toplayıb Xəzərin sahili boyunca uzaqdakı bağ evlərinin üstündən asılı qalan bulud laylarını çəhrayı rəngə boyayırdı. Dəniz onlardan xeyli uzaqda olsa da, onun xəfif mehi bayaqdan sakit dayanan ağacları asta-asta hərəkətə gətirir, qocaman ağacın enli, qırçınlı yarpaqları ağır-ağır qanad çalırdı. Yaraşıqlı şəhərin abad küçələrində adamlar getdikcə seyrəkləşir, gündəlik qayğılarının dalınca yeni göydələnlərin qarşısında dayanan təzə və rahat avtobuslara əyləşib iş yerlərinə tələsirdilər. Zülfiyyə Qələndərova hələ də evdə idi. Uşaqlarının işə hazırlıq tədarükünü görürdü.
Birdən gözləri saatın əqrəbinə sataşdı. İşə gecikməmək üçün evdən çıxdı. O, abad küçələrlə yaşıl ağacların kölgəsi altında işə doğru irəliləyir, yolboyu ürəyində danışır, bu gün görəcəyi işlərin təxmini planının beynində cızırdı. İşə çatanda artıq saatıb əqrəbləri 7:00-ni göstərirdi. Deməli, işə geçikməmişdi…
Sumqayıt kimi nəhəng şəhərdə çalışmaq, yaratmaq səadəti ona da nəsib olub. Hazırda şəhərin istilik sistemində çalışır. O, adəti üzrə iş yerində - qazanxanada bütün vintilləri, qaz gedən boruları yoxladı, nasazlıq yox idi. Bir qədər arxayınlaşıb yerində oturdu, amma qazanxanaya nəzarəti də yaddan çıxartmadı. Bir gözü vintillərdə, istilikvermə aparatında idi. Birdən nəsə hiss etdi. Ayağa qalxdı. Zülfiyyə xanım qəddini əyib qaz gedən boruya diqqətlə baxdı. Deyəsən qaz xəttində sızma var idi… O, özünü itirmədi, təmir ustasına müraciət etməli oldu. Usta yerində idi, qəza yerinə gəlib baxaraq nasazlığı tez bir zamanda aradan qaldırdı. Bax hər iş növbəsi beləcə ötüşür Zülfiyyə xanımın… Özündə arxayınlıq yaranandan sonra çöhrəsinə də təbəssüm yayıldı, özünü rahat hiss etməyə başladı.
Kimdir Zülfiyyə xanım?
ZÜLFİYYƏNİN HÜNƏRİ (FƏDAKAR, CƏFAKEŞ İNSAN HAQQINDA OÇERK) - FOTO

Zülfiyyə Abbas qızı Qələndərova (Laçınova) 1973-cü il aprelin 10-da Sumqayıt şəhərində anadan olub. Əslən qərbi Azərbaycanlıdır, Göyçə mahalının Qaraqoyunlu dərəsindəndir. Nəsilləri Çəmbərək rayonunun Əmirxeyir kəndində doğulub. 1980-ci ildə Sumqayıt şəhər 4 nömrəli orta məktəbə, 1986-cı ildə isə 32 nömrəli orta məktəbə gedib. 1989-cu uldə Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib, operator, laborant ixtisasına yiyələnib.1991-ci ildən Kimya zavodunun alkil-benzol, sonra amiyak sexlərində operator kimi çalışmağa başlayıb.
… Sovet hökumətinin süquta uğradığı dövr idi. Azərbaycanın müxtəlif ərazilərində mövcud müəssisələr məlum səbəblərdən fəaliyyətlərini dayandırırdı. Bu proses Sumqayıtdakı Kimya zavodundan da yan keçmədi. Ailənin dolanışığı naminə Zülfiyyə xanım sonra qastronomda, daha sonra Bakıda Moskva Univermağında satıcı işləməyə məcbur oldu. Həyat onu kifayət qədər bərkə-boşa saldı. Amma özünün təcrübəsi ilə bu sınaqlardan da üzüağ çıxdı…
1997-ci ildə sevdiyi bir bəylə - Mayis Laçınovla ailə həyatı qurdu. 1999-cu ildə ailə bir oğulla birlikdə Dağıstana, Mahaçqala şəhərinə köçdü. 2002-ci ildə sonbeşiyi Murad burada dünyaya gəldi. Burada da boş dayanmayan Z.Qələndərova azad ticarətlə məşğul olmağa başladı. 13 ildən sonra Azərbaycana qayıdan bu ailə yenidən Sumqayıtda məskunlaşdı…
2014-cü ildən indiyədək qeyd etdiyim qazanxanada əməliyyatçı, sonra daimi əməliyyatçı kimi fəaliyyət göstərir. Şəhərin 21 yaşayış binasına, 4 orta məktəbə və F.Əmirov adına 5 nömrəli musiqi məktəbinə istilik verən qazanxanın ünvanı 17-ci mikrorayondadır. Z.Qələndərova buradakı üç istilik müəssisəsindən birində - 50/39 nömrəli qazanxanada növbəlilik əsasında (hər növbədə bir nəfər işçi olmaq şərtilə) çalışır. Bu müəssisədə 4 əməliyyatçı – Rəqibə Əliyeva, Mayis Laçınov (Zülfiyyə xanımın ömür-gün yoldaşı), Mirzə Mirzəyev və Zülfiyyə Qələndərova şəhər sakinlərinə xidmət edir. Sahə rəisi Cəmil İsrafil oğlu Mehdiyev öz işini biləndir, neçə ildir bir mütəxəssis kimi bu istiqamətdə çalışır. Sumqayıt şəhər İstilik Müəssisəsi rəisini Ceyhun Qəniyev əvəz edir.
Həyat yoldaşı Mayis Laçınov Birinci Qarabağ müharibəsi zamanı könüllü döyüşən ordunun sıralarında xidmət edib, 3 il Murovdağda düşmənə qarşı vuruşub.
Zülfiyyə xanım öz işini hədsiz sevir, deyir ki, onu 2014-cü ildə buraya rəhmətlik anası Səlmi Qələndərova gətirib. Sonra oğlu Nicat Laçınovla bərabər çalışıb. Hazırda oğlu başqa yerdə işləyir.
Zülfiyyənin qət etdiyi zirvənin ən çətin keçidləri artıq arxada qalıb. Köks dolusu nəfəs alır, sanki yüngülləşir. Yox, o, əsla arxayınlaşmaq, yorulmaq bilmir, daim beynində çalışmaq fikri dolaşır, əhaliyə nümunəvi xidmət istəyi keçir. Deyir ki, gördükləri işin nəticəsi barədə əhalinin məmnunluğunu gözləri ilə görəndə, yaxud telefon zəngləri vasitəsilə eşidəndə onlar da rahatlıq tapırlar. Ancaq bir zəhmətkeş insan kimi düşünüb daşınsalar da, deyə bilərəm ki, hələlik mənzil yarı olub. Əsl hünər odur ki, payızın yağışına, qışın şaxtalı havasına tab gətirəsən, sakinləri normal istiliklə təmin edəsən, onların zövqlərini oxşayasan, şikayət etmələrinə şərait yaratmayasan.
Biz uzun illərin səmimi dostlarıyıq. Dostluğumuz sosial şəbəkələrdə davam edir. Bir-birimizlə müxtəlif fikir mübadilələri aparır, ədəbi proseslərdən danışırıq. Bu da onun ədəbiyyata dərin sevgisindən irəli gəlir. Hələ orta məktəbdə C.Cabbarlının, İ.Əfəndiyevin kitablarını çox oxuyub. Sonradan tarixi romanları mütaliə etməyə başlayıb. Bu da Zülfiyyə xanımın tarixə marağından, tarixi əsərləri daha çox xoşlamağından irəli gəlir.
***

İş yeri ilə evin arası elə də uzaq deyil. Oradan piyada evə qayıdanda ətrafa yavaş-yavaş toran çökürdü. Təmiz səmada ulduzlar sayrışırdı. Küçələri nura qərq edən elektrik lampalarının gur işığı gecənin qaranlığını qovub onun yaşadığı məhəllədən uzaqlaşdırırdı. Qarşıdakı uca binanın geniş aynabəndindən şən musiqi təranələri süzülüb ətrafa yayılırdı... Elə bil həmin mənzildən duymuşdular ki, sabah hər gün buradan keçən, iri addımlarla addımlayan bu xanımın – Zülfiyyə Qələndərovanın ad günüdür, sanki o evin sakinləri sabahkı günü indidən qeyd edirlər...
P.S. Aprelin 10-da əqidə dostumuz, dəyərli xanım Zülfiyyə Qələndərovanın doğum günüdür. Bu şərəfli gün münasibətilə özünü və xətrini istəyən dostları adından qəlbən təbrik etdiyimiz Zülfiyyə xanıma cansağlığı, həyatında isə səadət, xoşbəxtlik və səmərəli faəliyyətində uğurlar arzulayırıq.
P.P.S. Həmişə müxtəlif peşə adamlarından, ən çox da yaradıcı insanlardan yazmışam. Amma bu dəfə sadə bir peşənin layiqli davamçılarından söz açmaq istədim. Məqsədimə necə nail olmağımı isə dostlarım qiymətləndirəcəklər.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930