Xəbərlər
21.09.2026, 02:14
Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Duymuram civ-civi dan söküləndə.
Nigaran yuvalar üşüyüb donar,
Quşbaşı-quşbaşı qar töküləndə.
Nə isə əskilir ürəkdə, gözdə,
Yerində gizlicə yerləşir kədər.
Nə yaxın çinarda, nə yolda-izdə
Görünmür nədənsə dəcəl sərçələr.
Quşların yox izi işıq telində,
Gün döyər, yel vurar, külək yırğalar.
Hərdənbir səslənib qarğa dilində,
Əfəndi-əfəndi gəzər qarğalar.
Köçürdüb payız da qaranquşları,
Qayıdıb gələrlər bir də baharda.
Ruhumuz sizinlə xoş olsun barı,
A civ-civ sərçələr, hardasız, harda?
21.09.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

